Buraxılış imtahanlarının şəhər və rayonlar üzrə keçirilmə qrafiki açıqlanıb.

Buraxılış imtahanlarının şəhər və rayonlar üzrə keçirilmə qrafiki açıqlanıb.

Buraxılış imtahanlarının şəhər və rayonlar üzrə keçirilmə qrafiki açıqlanıb.

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən buraxılış imtahanlarının şəhər və rayonlar üzrə keçirilmə qrafiki açıqlanıb.
 
Məcburi köçkün rayonlarının məktəblərində təhsil alan şagirdlər bitirdikləri təhsil müəssisəsinin yerləşdiyi şəhər və rayonların imtahan gününə uyğun tarixlərdə imtahan verirlər.
 
 
Gəncə şəhərində yerləşən məktəblərin 11-ci və 9-cu sinif, Sumqayıt, Abşeron, Cəlilabad, Masallı, Göyçay, Xaçmaz və Quba rayonlarında yerləşən məktəblərin isə 9-cu sinif şagirdlərinin imtahanı hərəkət intensivliyinin azaldılması məqsədilə iki imtahan gününə bölünüb. Cədvəldə bu hal müvafiq olaraq, I hissə və II hissə kimi adlandırılıb. İmtahan gününə 2 həftə qalmış hissələr üzrə məktəblərin siyahısı cədvələ əlavə olunacaq.
 
 
İmtahana buraxılış vərəqələri hər imtahan günündən 5 gün əvvəl DİM-in saytında yerləşdiriləcək.
 
 
 
 
Mənbə: Dövlət İmtahan Mərkəzi (DİM)