DİM 9 illik təhsil səviyyəsi üzrə imtahanların nəticələrini açıqlayıb.

DİM 9 illik təhsil səviyyəsi üzrə imtahanların nəticələrini açıqlayıb.

DİM 9 illik təhsil səviyyəsi üzrə imtahanların nəticələrini açıqlayıb.

Dövlət İmtahan Mərkəzi (DİM) mayın 14-də keçirilən imtahanların nəticələrini elan edib.

 

Bura aşağıdakı imtahanlar daxildir:

- əvvəlki illərin məzunları üçün 9 illik təhsil bazasında kolleclərə qəbul imtahanı;

- kolleclərin müsabiqəsində buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə iştirak etmək istəyən cari ilin məzunları üçün əlavə xarici dil imtahanı;

- qəbul imtahanını buraxılış imtahanında verdiyi dildən fərqli dil üzrə vermək istəyən cari ilin məzunları üçün əlavə tədris dili imtahanı;

- aprel ayında keçirilmiş buraxılış imtahanlarında müxtəlif səbəblərdən iştirak edə bilməmiş və barəsində Mərkəzə müraciət edilmiş cari ilin IX sinif şagirdləri üçün buraxılış imtahanı;

- eksternat qaydasında IX sinif üzrə yekun attestasiyada iştirak etmək istəyən şəxslər üçün buraxılış imtahanı;

- buraxılış imtahanlarında müxtəlif səbəblərdən iştirak edə bilməmiş və barəsində Mərkəzə müraciət edilmiş əvvəlki illərin IX sinif məzunları üçün buraxılış imtahanı...

 

1-3-cü kateqoriyaya aid olan abituriyentlər imtahan nəticələrini verilən keçiddən:

(https://www.e-gov.az/az/services/read/2641/0?tqdk_xdm=58) öyrənə bilərlər.

4-6-cı kateqoriyaya aid olan şagirdlər isə imtahana nəticələrini öyrənmək üçün bu keçiddən 

(https://eservices.dim.gov.az/2023/netorta/) istifadə etməlidirlər.

 

Həmçinin abituriyentlər (şagirdlər) imtahan nəticələri haqqında məlumatı (hər fənn üzrə ümumi balı), mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə imtahana buraxılış vərəqəsində verilən kodu 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.