DİM tərəfindən "Tədris prosesində motivasiya" adlı vebinar keçiriləcək.

DİM tərəfindən

DİM tərəfindən "Tədris prosesində motivasiya" adlı vebinar keçiriləcək.

Dövlət İmtahan Mərkəzinin e-psixoloq.az saytının mütəxəssisləri tərəfindən “Tədris prosesində motivasiya” mövzusunda vebinarın keçirilməsi nəzərdə tutulub. Vebinarda motivasiyanın tərifi, işləmə mexanizmi, növləri, motivasiyasızlıqla mübarizə yolları kimi mövzular müzakirə olunacaq.

Tarix: 18 noyabr 2022-ci il 
Saat: 17:00-19:00

Qeyd edək ki, bu görüşdən yeniyetmələr, valideynlər, müəllimlər və psixoloqlar yararlana bilərlər. 

Vebinar Zoom platforması vasitəsilə ödənişsiz keçiriləcək. Qeydiyyat üçün DİM-in rəsmi internet səhifələrinə müraciət edə bilərsiniz.

 

Mənbə: Dövlət İmtahan Mərkəzi (DİM)