DSX-nin Xüsusi Məktəbinə şagird qəbulu elan edilib.

DSX-nin Xüsusi Məktəbinə şagird qəbulu elan edilib.

DSX-nin Xüsusi Məktəbinə şagird qəbulu elan edilib.

 

Dövlət Sərhəd Xidmətinin (DSX) Xüsusi Məktəbinin V sinfinə şagirdlərin qəbulu elan edilir.

 

Xüsusi Məktəbin V sinfinə qəbul imtahanında 2024-cü il dekabrın 31-dək 10 yaşı tamam olan və 12 yaşı tamam olmayan, qəbul aparılan ildə ümumi təhsil pilləsinin IV sinfində təhsil alan, fiziki cəhətdən sağlam olan Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları iştirak edə bilərlər.

 

İmtahanlarda iştirak etmək istəyən namizədlər Dövlət İmtahan Mərkəzinin rəsmi internet saytında (dim.gov.az) “Şəxsi kabinet” yaratmalı və hesabına 40 AZN əlavə etməlidirlər. Daha sonra aprelin 1-dək dim.gov.az saytının baş səhifəsində yerləşdirilən keçid vasitəsilə elektron ərizəni dolduraraq qeydiyyatdan keçməlidirlər.

 

DİM-in saytında "Şəxsi kabinet" yaratmaq üçün şagirdlər əvvəlcə təhsil aldıqları orta məktəbə müraciət edərək fərdi məlumatlarının "Şagird-məzun" dövlət elektron məlumat sisteminə daxil edilməsini təmin etməlidirlər. Daxil edilmiş məlumatlarda “imtahana buraxılır” və ya “hazırda təhsil alır” bəndi seçilməlidir. Əks halda həmin şagirdlər imtahanda iştirak etmək üçün elektron qeydiyyatdan keçə bilməyəcəklər.

 

Qəbul imtahanı aprelin 14-də Dövlət İmtahan Mərkəzi tərəfindən test üsulu ilə keçiriləcəkdir. İmtahanların keçirilmə yeri haqqında məlumat qeydiyyat başa çatdıqdan sonra DİM-in saytında elan olunacaq. Namizədlər “İmtahana buraxılış vərəqəsi”ni imtahan gününə 5 gün qalmış DİM-in saytından əldə edə biləcəklər.