“Düşünən şagird” müsabiqəsinə start verilib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən “Düşünən şagird” müsabiqəsinə start verilib.
Müsabiqə təhsilalanların mütaliə vərdişlərinin təkmilləşdirilməsi, oxu, yazı və təxəyyül bacarıqlarının inkişaf etdirilməsi, Azərbaycan və dünya ədəbiyyatının görkəmli nümayəndələrinin yaradıcılığı barədə məlumatlılıq səviyyəsinin artırılması, istedadlı və mütaliəyə marağı olan şagirdlərin vaxtında üzə çıxarılması və onlara dəstək göstərilməsi məqsədilə keçirilir.
Müsabiqədə BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrinin Vlll-Xl sinif şagirdləri iştirak edə bilər.
Müsabiqə barədə daha ətraflı məlumat əldə etmək üçün linkə keçid edə bilərsiniz.