"Heydər Əliyev adına təqaüd”ün təyini məqsədilə komissiya yaradılır.

"Heydər Əliyev adına təqaüd”ün təyini məqsədilə komissiya yaradılır.

Ali məktəblərdə “Heydər Əliyev adına təqaüd”ün təyini məqsədilə komissiya yaradılır.

 

Bildirilib ki, təhsildə yüksək nailiyyətləri ilə fərqlənən tələbələrə “Heydər Əliyev adına təqaüd”ün təyin edilməsi məqsədilə universitetlərdə müsabiqə komissiyaları yaradılacaq. Müsabiqə komissiyaları tərəfindən Elm və Təhsil Nazirliyinin təsdiq etdiyi meyarlar nəzərə alınmaqla ali təhsilin bakalavriat (əsas (baza ali) tibb təhsili) səviyyəsində əyani formada təhsil alan tələbələr arasından seçim aparılacaq (bir neçə namizədin göstəriciləri eyni olduqda komissiya tərəfindən əlavə seçim meyarları tətbiq edilə bilər).

 

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Heydər Əliyev adına təqaüd”ün təsis edilməsi haqqında” Sərəncam imzalayıb. Təqaüd Elm və Təhsil Nazirliyi tərəfindən dövlət büdcəsinin vəsaiti hesabına 3000 AZN məbləğində olmaqla birdəfəlik ödəniləcək.