"İşgüzar söhbətlər" layihəsinin növbəti seminarı qrafik dizayn mövzusuna həsr olunacaq.

"İşgüzar söhbətlər" layihəsinin növbəti seminarı qrafik dizayn mövzusuna həsr olunacaq.

Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Karyera filialı tərəfindən “İşgüzar söhbətlər” layihəsi çərçivəsində ödənişsiz "Qrafik dizaynda effektiv kommunikasiyanın qurulması" seminarı keçiriləcəkdir.

Mövzu əsasən aşağıdakı hissələri əhatə edəcək:
- Dizaynda kommunikasiyanın önəmi
- Effektiv kommunikasiya üçün nələrə diqqət etməliyik?

Tədbirdə kimlər iştirak edə bilər?
✔️ Dizayn sahəsində yeni karyera quranlar, qurmaq istəyənlər və müştəri ilə kommunikasiya bacarıqlarını gücləndirmək istəyənlər.

Qeyd edək ki, görüş 30 oktyabr 14:30-da "İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi"ndə (Atatürk prospekti 89, Gənclik metrosuna yaxın) keçiriləcəkdir.

Qeydiyyat üçün @alokaryera lnstagram hesabı ilə əlaqə saxlaya bilərsiniz.