Macarıstanda təqaüd proqramına müraciət üçün son 1 gün!
Yanvarın 15-də Macarıstan tərəfindən 2023-2024-cü tədris ili üçün elan edilən Təqaüd Proqramına sənəd qəbulu yekunlaşacaq. Sənəd qəbulu qeyd edilən tarixdə saat 23:59-a kimi aparılacaq.
Namizədlər həmin tarixədək hər iki ölkənin elektron ərizəsini doldurub təsdiq etməlidirlər.
Qeyd edək ki, təqaüd proqramı çərçivəsində təhsilə dair əlavə məlumatIarla elan (https://bit.ly/3ITtb4K) vasitəsilə tanış ola bilərsiniz.
Mənbə: Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi