"Məktəblilər üçün Debat Forumu" layihəsi keçiriləcək.

"Məktəblilər üçün Debat Forumu" layihəsi keçiriləcək.

Dəyərli məktəblilər!
“Məktəblilər üçün Debat Forum” layihəsinə qeydiyyatı açıq elan edilir!
İnkişaf etmək, öyrənmək, əylənmək, və yeni dostlar qazanmaq üçün Debat Foruma qoşulun və qeydiyyatdan keçin!
Gənclər və İdman Nazirliyinin dəstəyi, Elm və Təhsil Nazirliyinin tərəfdaşlığı və DVC-nin təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubiliyinə həsr olunan “Məktəblilər üçün Debat Forum” layihəsinə start verilir. Layihənin məqsədi məktəblilər arasında Ulu öndər Heydər Əliyev irsinin təbliğ etmək, məktəblərin şagirdlərinin debat metodologiyası vasitəsilə inkişafına töhfə vermək və onların komanda ilə işləmə, araşdırma və təqdimat bacarıqlarını artırmaqdır.
Forum haqqında:
- Foruma 3 bölmə (azərbaycan, rus, ingilis) üzrə keçiriləcək;
- 6-11-ci sinif şagirdləri müraciət edə bilər;
- Forum çərçivəsində məlumat sessiyası, təlimlər, şou-debatlar, çıxışlara hazırlıq görüşləri, turnirlət və yay məktəbi təşkil olunacaq;
- Debatlar seçilən mövzu üzrə 3 dildə aparılacaq;
- Bakı şəhərində yerləşən məktəblərdən olan 300 şagird iştirak edəcək;
- Forumda fərqlənən şagirdlərə diplom və medallar, bütün iştirakçılara isə sertifikat təqdim olunacaq.
Son qeydiyyat tarixi: 31/05/2023, saat 18:00
Qeyd edək ki, layihə növbəti mərhələrdə Bakı şəhəri ilə yanaşı digər bölgəıərimizdə də təşkil olunacaq. Bu barədə məlumatlar yaxın zamanda elan olunacaq.