"Məsləhət saatı" layihəsi çərçivəsində canlı yayımlar keçiriləcək.

"Məsləhət saatı" layihəsi çərçivəsində canlı yayımlar keçiriləcək.

Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Karyera filialı tərəfindən "Məsləhət saatı" layihəsi çərçivəsində peşəkərlarla canlı yayımlar keçiriləcək.

Layihənin əsas məqsədi peşəkar təcrübələrin müxtəlif sahələrdə inkişaf etmək istəyən vətəndaşlarla paylaşılması və vətəndaşların suallarının cavablandırılmasıdır.

Əgər sizin də karyera bacarıqları ilə bağlı suallarınız var və peşəkarların fərdi təcrübələrini öyrənmək istəyirsinizsə, canlı yayımlara qoşulmağı unutmayın.

Canlı yayımlar haqqında məlumat növbəti paylaşımlarda elan olunacaq.