“NEET-in qlobal və yerli tendensiyaları” konfransı keçirilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi və Türkiye İş Kurumu-İŞKUR, habelə Ümumdünya Məşğulluq Xidmətləri Assosiasiyasının (WAPES) birgə təşkilatçılığı ilə Türkiyənin Antalya şəhərində “NEET-in (Not in Education, Employment or Training) qlobal və yerli tendensiyaları” konfransı keçirilib.
Konfransda Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Karyera filialının müdiri, İxtisas.az layihəsinin rəhbəri Toğrul Ələkbərov da spiker qismində iştirak edib.
Konfransın ikinci günündə də müxtəlif mövzular üzrə panel müzakirələr keçirilib.