"Övladım böyüyəndə kim olacaq?" mövzusunda canlı yayım olacaq.
Boomerang Book Club təşkilatçılığı ilə 18 yanvar, saat 21:00-da "Boomerang Book Club" təsisçi və İcraçı direktoru Cəmilə İsmayılzadənin moderatorluğu ilə peşəkar karyera məsləhətçisi Jalə Bənnayevanın təqdimatında "Övladım böyüyəndə kim olacaq?" mövzusunda canlı yayım olacaqdır.
Cəmilə İsmayılzadə - "Boomerang Book Club" təsisçi və İcraçı direktoru görüşdə moderator qismində canlı yayım zamanı sizin sualları qonaq mütəxəssisə ünvanlayacaqdır.
Jalə Bənnayeva - Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin "Peşə Təmayüllü Siniflərin təşkili” layihəsinin Karyera Məsləhətçisi, İxtisas.az layihəsinin İdarə Heyətinin üzvü, vebsayt meneceri və Simurq Təhsil Fondunun təsisçi və icraçı direktoru olaraq fəaliyyət göstərir.
Bu canlı yayımda mütəxəssisimiz peşə və ixtisas seçimində valideynlərin rolu, abituriyentlərin düzgün ixtisas seçimi, erkən yaşda peşə seçiminə təsir edən amillər, karyera planlaması və s. bu kimi mövzular haqqında ətraflı məlumat verəcək və sizin bu mövzular haqqında suallarınızı cavablamağa çalışacaqdır.
Canlı yayımı qaçırmamaq üçün Boomerang Book Clubun rəsmi Instagram səhifəsini (https://instagram.com/boomerang_bookclub?igshid=YmMyMTA2M2Y=) izləyin.
Canlı yayımda görüşənədək!