Paytaxt məktəblərinin birində yenilik: Karyera Məsləhət Kafedrası yaradıldı.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 237 nömrəli tam orta məktəbdə fəaliyyət göstərən "Kiçik Akademiya"nın nəzdində Karyera Məsləhət Kafedrası yaradılıb.
Məlumata əsasən, Karyera Məsləhət Kafedrasının yaradılmasında əsas məqsəd şagirdlərin düzgün ixtisas seçiminə dəstək olmaq, onlar üçün karyera planlaması və peşə konsultasiyalarının həyata keçirilməsindən ibarətdir. Faəliyyət çərçivəsində şagirdlərin şəxsi inkişafı üçün müxtəlif təlimlərin keçirilməsi də nəzərdə tutulur.
Karyera Məsləhət Kafedrasının ideya müəllifi və təşəbbüskarı İxtisas.az komandasının üzvü, həmin məktəbin şagirdi Əliəkbər Novruzovdur. Kafedraya rəhbərlik isə Solmaz Xalıkzadəyə həvalə edilib.
Məlumat üçün qeyd edək ki, ümumtəhsil müəssisəsi Bakı şəhəri, Xəzər rayonunun Şüvəlan qəsəbəsində fəaliyyət göstərir.
İxtisas.az komandası olaraq KMK-a uğurlar arzu edirik!