Qəbul imtahanlarının ll mərhələsi üzrə sınaq imtahanına qeydiyyat elan edilib.

Qəbul imtahanlarının ll mərhələsi üzrə sınaq imtahanına qeydiyyat elan edilib.

Qəbul imtahanlarının ll mərhələsi üzrə sınaq imtahanına qeydiyyat elan edilib.

Ali təhsil müəssisələrinə qəbul imtahanlarının II mərhələsi (I, II, III və IV qrup) üzrə sınaq imtahanına qeydiyyat elan edilib.
 
Sınaq imtahanına qeydiyyat 29 yanvar saat 23:59-dək aparılacaq.
 
I ixtisas qrupu üzrə imtahan vermək istəyənlər RK və ya Rİ, III ixtisas qrupu üzrə imtahan vermək istəyənlər DT və ya TC altqrupu üzrə imtahan vermək istədiklərini qeyd edirlər. Hər iki altqrup üzrə imtahanda iştirak etmək istədiklərini qeyd edənlər isə fevralın 12-də imtahan (I qrup – riyaziyyat, fizika, kimya, III qrup – Azərbaycan (rus) dili, tarix və ədəbiyyat fənləri üzrə) verdikdən sonra fevralın 19-da altqruplara müvafiq olaraq informatika və coğrafiya fənni üzrə əlavə imtahan verəcəklər. 
 
Sınaq imtahanında istifadə olunacaq test tapşırıqları 11-ci sinif üçün ümumtəhsil müəssisələrində qüvvədə olan tədris proqramlarının 2023-cü il yanvar ayının sonunadək olan hissəsini əhatə edəcək.
 
İmtahanın müddəti 3 saatdır (informatika və coğrafiya fənni üzrə əlavə imtahanın müddəti 1 saat). 
 
İmtahan fevralın 12-də Bakı, Sumqayıt, Naxçıvan, Gəncə, Şəmkir, Şəki, Bərdə, Göyçay, Şirvan, Xaçmaz və Lənkəran şəhərlərində təşkil olunacaq. Fevralın 19-da keçiriləcək informatika və coğrafiya fənni üzrə əlavə imtahan isə Bakı şəhərində keçiriləcək.
 
Sınaq imtahanına qeydiyyatdan keçmək üçün ekabinet.dim.gov.az keçidində “Şəxsi kabinet” yaradılmalıdır (şəxsi kabineti olmayanlar). “Şəxsi kabinet”in “Hesab” bölməsinə imtahanda iştirak üçün nəzərdə tutulan məbləğ (40 AZN) yüklənilir. I qrup üzrə RK və Rİ, III qrup üzrə DT və TC altqruplarının hər ikisini seçənlər öz kabinetlərinə müvafiq olaraq informatika və coğrafiya fənnindən əlavə imtahan üçün 15 AZN də yükləməlidirlər.
 
Daha sonra DİM-in saytında yerləşdirilən qeydiyyat linki vasitəsilə “Şəxsi kabinet”in istifadəçi adı və parolundan istifadə etməklə sistemə daxil olub “İmtahana buradan yazılın” düyməsini basmaq lazımdır. Açılan səhifədə imtahan yeri seçilir. Sonra isə şəxsiyyəti təsdiq edən sənədin məlumatları, telefon nömrəsi, imtahan verəcəyiniz bölmə, ixtisas qrupu seçilir və “Qeydə al” düyməsi basılır. 
 
İmtahan yeri (binası) barədə məlumat imtahandan bir həftə əvvəl Mərkəzin saytına yerləşdiriləcək “İmtahana buraxılış vərəqəsi”ndə qeyd olunacaq.
 
 
Mənbə: Dövlət İmtahan Mərkəzi (DİM)