Rezidenturaya qəbul imtahanında iştirak etmək üçün qeydiyyat başlayıb.

Rezidenturaya qəbul imtahanında iştirak etmək üçün qeydiyyat başlayıb.

Rezidenturaya qəbul imtahanında iştirak etmək üçün qeydiyyat başlayıb.

Əsas (baza ali) tibb təhsili əsasında rezidenturaya qəbul imtahanının 1-ci mərhələsinin (baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanının) 2-ci cəhdində iştirak etmək üçün namizədlərin qeydiyyatı 1 iyundan 5 iyun saat 23:59-dək internet vasitəsi ilə aparılır.

Baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanının 2-ci cəhdinin iyunun 19-da, ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanının isə avqustun 21-də keçirilməsi planlaşdırılır.

Ətraflı məlumat və qeydiyyat üçün link: https://dim.gov.az/news/8711/

Mənbə: Dövlət İmtahan Mərkəzi (DİM)