"Səyyar məsləhət" layihəsi çərçivəsində görüşlər davam edir.

"Səyyar məsləhət" layihəsi çərçivəsində görüşlər davam edir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Karyera filialı regionlarda şagird və abituriyentlərin ixtisas seçimi ilə bağlı suallarını cavablayıb.

“Səyyar məsləhət” layihəsi çərçivəsində Mərkəzi Karyera filialının əməkdaşları Gəncə, İsmayıllı və Qubadan sonra növbəti dəfə Sabirabad və Beyləqanda abituriyentlərlə görüşlər keçiriblər.

Layihə çərçivəsində ümumilikdə 100 nəfər abituriyent konsultasiya və seminarlardan faydalanıb.

Layihənin növbəti regionlarda da keçirilməsi planlaşdırılır.