Sizə əla xəbər! “Mühəndislər üçün biznes təhsili” layihəsinin növbəti kursuna start verilir.

Sizə əla xəbər! “Mühəndislər üçün biznes təhsili” layihəsinin növbəti kursuna start verilir.

Sizə əla xəbər! “Mühəndislər üçün biznes təhsili” layihəsinin növbəti kursuna start verilir.

Bakı Ali Neft Məktəbinin və bp'nin birgə təşkilatçılığı ilə reallaşdırılan “Mühəndislər üçün biznes təhsili” layihəsinin növbəti kursuna start verilir.

✓ Layihədə ölkənin mühəndislik ixtisası üzrə təhsil alan bütün tələbələr iştirak edə bilər. (3,4,5-ci kurslar və ingilis dili səviyyəsi yüksək olanlar)

✓ Proqram tam olaraq ingilis dilində aparılacaqdır.

✓ Proqramın xərcləri Bakı Ali Neft Məktəbinin hesabınadır.

Layihə sizə nə verəcək?
- Biznes sahəsində bilik və bacarıqlara yiyələnmək

- Praktiki məşğələlərdə iştirak etmək

- bp və digər transmilli şirkətlərin aparıcı nümayəndələri ilə təcrübə mübadiləsi və müzakirə imkanları

- Bakı Ali Neft Məktəbinin ən qabaqcıl və beynəlxalq sertifikatlı heyətindən təhsil almaq

- Proqramın sonunda sertifikat ilə təmin edilmək

‼️ Proqrama daxil olan modullar:

- Prezentasiya və kommunikasiya bacarıqları
- Layihə idarəetməsi
- Vaxtın idarəedilməsi və səmərəlilik
- Risklərin idarəedilməsi
- Maliyyə, büdcə və xərclərə nəzarət edilməsinə giriş
- İnsan resurslarının idarəedilməsinin əsasları və liderlik

✓ Qeydiyyat üçün aşağıda qeyd edilən məlumatları businesseducation@bhos.edu.az elektron ünvanına göndərməyiniz xahiş edilir.

✓ Qeydiyyat üçün son tarix: 6 noyabr 2022-ci il
Yerlər məhduddur.

* Ərizə forması (https://bit.ly/3Mmr347)
* CV

e-mail: businesseducation@bhos.edu.az
Telefon: +994 50 843 30 71