Tələbə İnkişaf Platformasının (TİP) növbəti görüşü Naxçıvanda keçirilib.
Dövlət Məşğulluq Agentliyinin təşkilatçılığı ilə "Tələbə İnkişaf Platforması” (TİP) çərçivəsində Naxçıvanın 3 universitetində təhsil alan tələbələrə “Gələcəyə hazır ol!” mövzusunda seminar keçirildi.
Seminarlarda tələbələrlə gələcəyin bacarıqları, karyera planlaması və müasir əmək bazarı mövzusunda məlumatlar verildi. Sonda isə tələbələrin sualları DMA-nın Mərkəzi Karyera filialının peşəkar karyera məsləhətçiləri tərəfindən cavablandırıldı.
Görüşlərdə Naxçıvan Dövlət Universitetinin (NDU), Naxçıvan Universitetinin (NU) və Naxçıvan Müəllimlər İnstitutunun (NMİ) ümumilikdə 275 tələbəsi iştirak etmişdir.