Tələbələr üçün “WinterCamp 2023” qış düşərgəsi keçiriləcək.

Tələbələr üçün “WinterCamp 2023” qış düşərgəsi keçiriləcək.

Tələbələr üçün “WinterCamp 2023” qış düşərgəsi keçiriləcək.

“Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin təşkilatçılığı ilə 4-13 fevral 2023-cü il tarixlərində Qubada tələbələr üçün “WinterCamp 2023” qış düşərgəsi keçiriləcək. Məqsəd qış tətili dövründə tələbələrin bilik və təcrübə mübadiləsinin artırılması, eləcə də onların asudə vaxtlarının daha səmərəli və faydalı keçirilməsidir. 


5 günlük qış düşərgəsində iştirakçılar maraqlı simulyasiya və idman yarışları, maarifləndirici, intellektual oyunlar vasitəsilə vaxtlarını səmərəli dəyərləndirəcəklər. 


Aşağıda qeyd olunan 4 istiqamət üzrə keçiriləcək düşərgə çərçivəsində tələbələr peşəkar mütəxəssislər, spikerlər və təlimçilərin iştirakı ilə interaktiv sessiyalar və panellər vasitəsilə ixtisas biliklərini təkmilləşdirmək imkanı əldə edəcəklər. 


İstiqamətlər: 

1. Maliyyə, iqtisadiyyat və əlaqəli ixtisaslar üzrə təhsil alan tələbələr (4-8 fevral); 

2. Riyaziyyat, fizika və əlaqəli ixtisaslar üzrə təhsil alan tələbələr (4-8 fevral); 

3. Jurnalistika, ictimaiyyətlə əlaqələr, media və kommunikasiya, dövlət və ictimai münasibətlər və əlaqəli ixtisaslar üzrə təhsil alan tələbələr (9-13 fevral); 

4. Təhsilin idarəedilməsi, pedaqoji profilli ixtisaslar üzrə təhsil alan tələbələr (9-13 fevral). 

 
Düşərgəyə III və IV kursda təhsil alan bakalavrlar, eləcə də magistratura səviyyəsində təhsil alan tələbələr müvafiq linkdən (
https://forms.gle/w2ZzTrjtabX3E3HB8) qeydiyyatdan keçərək qatıla bilərlər. 

Qeydiyyat üçün son tarix 5 yanvar 2023-cü il müəyyən edilib. 

 
Qeydiyyatdan keçmiş iştirakçıların ilkin biliklərinin yoxlanılması üçün test imtahanı və müsahibə mərhələsi keçiriləcək. Bu mərhələləri uğurla başa vuran şəxslər düşərgədə iştirak hüququ qazanacaqlar. 

Qeyd edək ki, iştirakçı sayı məhduddur. Yalnız seçilmiş şəxslərə nəticələr barədə məlumatlar elektron poçt vasitəsilə göndəriləcək. 

 

Mənbə: Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi