"TİPx 7: Yenilən” konfransı keçiriləcək.

"TİPx 7: Yenilən” konfransı keçiriləcək.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Karyera filialı tərəfindən 23 dekabr tarixində Azərbaycan Dövlət Pedaqoji Universitetində tələbələr üçün “Tələbə İnkişaf Platforması (TİP)” çərçivəsində növbəti “TİPx 7: Yenilən” konfransı keçiriləcək.

 

Məqsəd tələbələri karyera planlamasında vacib olan - hədəflərin təyini, davamlı vərdişlərin, təqdimat bacarıqlarının formalaşdırılması kimi bacarıqlar barədə məlumatlandırmaq, ixtisas sahəsini dəyişmək istəyənlərə cəsarətli olmaq, özünə inanmağın işin başlanğıcı olduğunu aşılamaqdan ibarətdir.

 

Tədbirin mövzuları:

• “Dəyişiklik inanmaqdan başlayır”

• “Yeni ildə necə daha irəli gedək?”

• "Mental sağlamlığımız: fərqindəlik və cavabdehlik"

• “Müasir dövrün açar sözləri”

 

Konfransa müxtəlif ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri qatıla bilər. İştirak üçün onlayn qeydiyyat formasını doldurmaq tələb olunur.

 

Seçilmiş iştirakçıların elektron poçt ünvanlarına dəvət məktubu göndəriləcək.

 

Son qeydiyyat tarixi: 19 dekabr, 2022

 

Qeydiyyat linki: http://shorturl.at/rBKMX

 

Keçirilmə tarixi: 23 dekabr, saat 15:00

 

Məkan: Azərbaycan Dövlət Pedaqoji Universiteti  (Üzeyir Hacıbəyli küç, 68)


 

Mənbə: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi