“TİPx: Uğur üçün bacarıqlar” konfransı keçiriləcək.

“TİPx: Uğur üçün bacarıqlar” konfransı keçiriləcək.

“TİPx: Uğur üçün bacarıqlar” konfransı keçiriləcək.

Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Karyera filialı tərəfindən növbəti “Tələbə İnkişaf Platforması” (TİPx) çərçivəsində “TİPx: Uğur üçün bacarıqlar” konfransı keçiriləcək.
Konfransın məqsədi tələbələrə karyera planlaması və əmək bazarına inteqrasiya olmaqda peşəkarların təcrübə və tövsiyələrini çatdırmaqdır.
Bakı Biznes Universitetində keçiriləcək konfransda müxtəlif ali təhsil müəssisələrində təhsil alan 100-dən çox tələbə, müəllim heyəti və ekspertlər iştirak edəcək.
Konfransın spikerləri tərəfindən "Sabaha baxış”, "Əmək bazarına aparan yol”, "Fərqli gələcək”, "Sosial zəka- önəmli iş bacarığı” mövzusunda təqdimatlar ediləcək.
Tədbirin tarixi: 25 oktyabr 2023, 14:00
Yer: Bakı Biznes Universiteti
Konfransın müddəti: 2-2,5 saat