Toğrul Ələkbərov üçüncü "Yüksəliş" müsabiqəsinin mentorluq proqramında

Toğrul Ələkbərov üçüncü

Toğrul Ələkbərov üçüncü "Yüksəliş" müsabiqəsinin mentorluq proqramında

Mədəniyyət naziri Adil Kərimli üçüncü “Yüksəliş” müsabiqəsinin Mentorluq proqramı çərçivəsində müsabiqə qalibləri Toğrul Ələkbərov (İxtisas.az layihəsinin ideya müəllifi və rəhbəri) və Tural Abdullazadə ilə Mentorluq proqramının ilk görüşünü keçirib.

 

Nazir qalibləri müsabiqədə əldə etdikləri nailiyyət münasibətilə təbrik edib, onlara gələcək karyera inkişaflarında uğurlar arzu edib. Mədəniyyət naziri layihənin idarəçi rəhbərlərindən biri kimi müsabiqə qalibləri ilə bundan sonra da sıx əməkdaşlıq edərək onlarla təcrübəsini bölüşəcəyini və beləliklə qaliblərin potensiallarını üzə çıxarmağa köməklik göstərəcəyini diqqətə çatdırıb.

 

Üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri isə Mentorluq proqramı çərçivəsində Adil Kərimliyə yaradılan imkana və səmimi qəbula görə təşəkkür edərək onun şəxsi təcrübəsindən faydalanmağın karyera və şəxsi inkişaf baxımından əvəzsiz imkan olduğunu vurğulayıblar.

 

Daha ətraflı: https://culture.gov.az/az/umumi-xeberler/15486