Universitetlərdə səyyar karyera konsultasiyaları keçirilib.

Universitetlərdə səyyar karyera konsultasiyaları keçirilib.

Universitetlərdə səyyar karyera konsultasiyaları keçirilib.

Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Karyera filialının peşəkar karyera məsləhətçiləri tərəfindən fərdi karyera konsultasiyaları keçirilib.

 

Azərbaycan Dillər Universitetində 10, Azərbaycan Texniki Universitetində 9, Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında isə 27 nəfər olmaqla, 2 gün ərzində ümumilikdə 46 tələbə karyera məsləhəti xidmətimizdən faydalanıb.

Konsultasiyalar zamanı düzgün karyera planlaması, əmək bazarının tələbləri və araşdırılması, iş axtarışı, rezüme və istək məktubunun hazırlanması, müsahibəyə hazırlıq mövzuları üzrə məsləhətlər verilib və tələbələri maraqlandıran suallar cavablandırılıb.