İxtisas universitetlərin tərkibində fəalliyət göstərən kino və televiziya fakültəsinin operator sənəti ixtisasıdır. İxtisas sadəcə səhnə arxası fəaliyyət göstərən deyil, eyni zamanda bugün televiziya səhnəsində gördüyümüz bütün əyləncəli və elmi proqramlar operatorların kameralarının və professional şəkildə fəaliyyətlərinin göstəricisidir. Müəllif fikrini kinematoqrafik təsvir vasitəsilə vizuallaşdıran operator kadrdaxili informasiya üzərində işləyərkən kompozisiyanın tərtib qaydalarından, o cümlədən, ikiölçülü ekran səthi üzərində üçüncü ölçünün – kadr dərinliyinin əldə olunması məqsədilə xətti və fəza (tonal) perspektivinin qabardılma üsullarından, miqyas, rakurs, işıq rəsmi, rəng və digər ifadə vasitələrindən, kinolent və rəqəmsal informasiya daşıyıcılarından, kinokamera və optik sistemlərdən, eləcə də müxtəlif yardımçı avadanlıqlardan istifadə edir, “ekran obrazı”nın yaradılmasında müstəsna rol oynayır. Peşə dünya incəsənət mədəniyyətinə maraq göstərənlər üçün uyğundur.
İxtisasın tarixi
1896-cı ildə spesifik filmlərin və salnamələrin çəkilişinə başlanmışdı. Lumiereslər, mahiyyət etibarilə ilk peşəkar kinooperatorlar olan kinomexaniklər F.Mesqiş və J. Promionu çəkilişlərə cəlb etdilər.
Bu ixtisas sahibi nə işlə məşğul olur (iş öhdəlikləri)
➝ Çəkilişdən əvvəl və sonra süjetin müzakirəsində iştirak etmək, çəkiliş planını tərtib etmək
➝ Çəkiliş avadanlıqlarının və işıqlandırma işlərinin tənzimlənməsinə nəzarət etmək
➝ Filmin çəkilişinə başlamaq və bitirmək üçün birbaşa əmrlər verin
➝ Reportaj filminin rejissoru kimi fəaliyyət göstərmək
➝ Görüntülərin keyfiyyətinə və miqdarına cavabdehlik
➝ Çəkiliş aparatlarının (kamera, mikrofon və s.) işini idarə etmək
➝ Studiyanı canlı yayım və ya səsyazma üçün hazırlamaq
➝ Canlı yayım zamanı səsyazma proqramının idarə olunması
➝ Kommersiya proqramlarının, o cümlədən, konsert proqramlarının, idman verilişlərinin çəkilişlərində iştirak etmək
➝ Köməkçilərin, mexaniklərin, işıqlandırma üzrə mütəxəssislərin işinə nəzarət etmək
➝ Filmdə görüntülərin emalı üçün film istehsal edən avadanlıqları, materialları və prosesləri seçmək
➝ Görüntü seriyalarının rejissor dizaynına uyğun olduğunluğunu təmin etmək
➝ Seçilən çərçivələrin quraşdırılması, rəng tənzimlənməsi və rəng korreksiyasına nəzarət etmək
➝ Xüsusi effektlər yaratmaq üçün rəqəmsal texnologiyalar və kompüter qrafikası ilə işləyin
➝ Çəkilən dublikatları seçmək, çərçivələr seçimini redaktəyə göndərmək
➝ Bir obyekti fərqli rakurslardan çəkmək
Harada bu ixtisasa sahiblənmək olar
➝ Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti
➝ Müxtəlif peşə hazırlığı mərkəzlərində və kurslarda sahiblənmək olar. Bu ixtisas, əsasən, praktiki sahə olub insanların əhatəsində inkişaf edir və onların hər bir kadrları insan gözündə canlandığı üçün sahiblənməmək ehtimalı azdır.
Bu ixtisas üzrə harada çalışmaq olar
➝ Dövlət və özəl kanallarda
➝ Özəl şirkətlərdə
Bu ixtisas üzrə lazım olan bilik və bacarıqlar (kompetensiyalar)
➝ İxtisas sahibi düzgün (çəkilişlərə daha doğru yanaşmalı), dəqiq olmaq
➝ Hazırladığı materialın əsas görüntüdən ibarət olduğunu unutmamaq
➝ Çəkdiyi 1 kadrın uğurlu olduğuna əmin olmaq
➝ Kadrları təkrar-təkrar çəkmək
➝ Zaman məhdudiyyətini nəzərə alıb çevik olmaq
➝ Bir obyekti fərqli rakurslardan çəkməyi bacarmaq
➝ Məsuliyyətli olmaq
➝ Stressə davamlı olmaq
➝ Komandada işləmək istəyi
➝ Çəkiliş meydançası üzrəində naviqasiya bacarığı
➝ Estetik zövq
➝ Təşəbbüskarlıq
➝ Səbrli olmaq
➝ Detallara diqqət yetirməyi bacarmaq
➝ Yaxşı müşahidə qabiliyyəti
İxtisasın gələcəyi
Bu sənət daim inkişafda olduğu üçün sahənin gələcəyi çox spesifikdir. Nəzərə alsaq ki, müasir dövrdə film çəkməyə daha çox üstünlük verirlər, bunun üçün də prestijli sahədir.
Əmək haqqı
İxtisas üzrə maaşlar 400-500 AZN-dən başlayır
Bu əməliyyatı etmək üçün hesabınıza daxil olmalısız.
Saytda istifadəçi olaraq qeydiyyatdan keçmisinizsə, hesabınıza daxil ola bilərsiniz, əks halda istifadəçi olaraq qeydiyyatdan keçməyiniz tövsiyyə olunur.