Poliqrafiya mühəndisliyi ixtisası

Poliqrafiya mühəndisliyi ixtisası

Poliqrafiya mühəndisliyi ixtisası

İxtisasın  təsviri

  Çap məhsullarının istehsalının bütün növlərini əhatə edən sənaye sahəsidir. İnformasiya Kommunikasiya Texnologiyalarının imkanlarından geniş istifadə edilən bu sahədə poliqrafiya maşınlarının işləmə prinsipləri və mövcud texnologiyaların tətbiq edilməsi öyrənilir.  Poliqrafiya mühəndisi istehsalatda lazım olan istehlak materialları, avadanlıq, proqram təminatını təşkil edir. Təqdim olunan materialların xüsusiyyətlərinin standartlara və tələblərə uyğun olmasını təmin edir. Bu mütəxəssis istehsalın hər mərhələsini izləyir, məhsulları qüsurlu olub-olmadığını yoxlayır və işində çap məhsullarının istehsalı üçün texnoloji proseslər, avadanlıqların texniki xüsusiyyətləri barədə bilikləri tətbiq edir. Sifarişi aldıqdan sonra texnoloq onu istehsalata hazırlayır: formatı, istehlak materiallarını hesablayır, xüsusi kompüter proqramlarında sxem hazırlayır. Texnoloji xəritələr (təlimatlar və sifariş haqqında bütün lazımi məlumatları olan bir sənəd) hazırlayır və yoxlayır, avadanlıq və materialları yoxlayır. Bu ixtisas rəsm və kompüter elmləri ilə maraqlananlar üçün uyğundur.

Bu ixtisas sahibi nə işlə məşğul olur?(iş öhdəlikləri) 

  Poliqrafiya müəssisələrində fəhlə, texnik – texnoloq, mühəndis – texnoloq vakansiyaları üzrə işlər olur. Onların vəzifə öhdəlikləri isə fərqlidir :

 Fəhlə kimi :

  • ➝ Hərfləri yığır;
  • ➝ Səhifələri çapa hazırlayır;
  • ➝ Kitabın “kaptalı” kleylə yapışdırılır ( kaptal – kitabın baş və aşağı hissələrində olan parça);
  • ➝ Kitabın çapı;
  • ➝ Cildləmə;

Texnik – texnoloq kimi:

  • ➝ İş prosesinə nəzarət ;
  • ➝ İstehsal proseslərinin həyata keçirilməsi üçün avadanlıq seçimi;
  • ➝ Avadanlıqların vəziyyətinə nəzarət və yoxlama;
  • ➝ Çap məhsullarının keyfiyyətinə nəzarət tədbirlərinin hazırlanması;
  • ➝ Çap məhsullarının texnoloji prosesinin inkişafı;
  • ➝ Çap proseslərinə texniki xidmət və nəzarət;
  • ➝Sifarişlərin qəbulu və icrası, çap məhsullarının istehsalı üçün sərf olunan materialların və əməyin hesablanması;
  • ➝ Həm uzunmüddətli, həm də qısamüddətli planlaşdırma üçün müxtəlif tələblər (qiymət, keyfiyyət, təhlükəsizlik və son tarixlər) arasında uzlaşma tapmaq;
  • ➝ Çap avadanlığının quraşdırılması, istismarı və təmiri.

Digər öhdəliklər :

  • ➝ Çapaqədər, çap və çapdan sonrakı proseslərdə kompüter texnikası və texnologiyasının tətbiqi;
  • ➝ Rəqəmsal çap prosesləri; 
  • ➝ Robot-kompyuterləşmiş mətbəə və poliqrafiya müəssisələrinin layihələndirməsi.

Harada bu ixtisasa sahiblənmək olar? 

  • ➝ Azərbaycan Texniki Universiteti
  • ➝ Qərbi – Kaspi Universiteti

Bu ixtisas üzrə harada çalışmaq olar?

  • ➝ Symbol.az
  • ➝ “Yek” Production
  • ➝ “Dunya School”
  • ➝ İndigo
  • ➝ Asel Print
  • ➝ HALAL – P
  • ➝ Çapçı MediaCİTY MMC

 Bu ixtisas üzrə lazım olan  bilik və bacarıqlar (kompetensiyalar) 

  • ➝ Texniki biliklərə sahib olmaq;
  • ➝ Texniki düşünmə bacarığı;
  • ➝ Diqqətcillik;
  • ➝ Yaxşı müşahidə qabiliyyəti;
  • ➝ Təxəyyül və yaradıcılıq qabiliyyəti;
  • ➝ Məsuliyyətli olmağı bacarmaq;
  • ➝ Mühəndislik bacarıqları;
  • ➝ Detallara diqqət yetirməyi bacarmaq;
  • ➝ Problemləri, dəqiq şəkildə müəyyən etmək;
  • ➝ Məntiqi təfəkkür;
  • ➝ Texniki təfəkkür;
  • ➝ Səbrli olmaq, stressə davamlılıq;
  • ➝ Daim yenilikləri öyrənmək və tədbiq etmək istəyi.

İxtisasın gələcəyi

  Poliqrafiya mühəndisliyi İKT və digər innovativ yeniliklərlə uyğunlaşan sahə olduğundan bütün dövrlər üçün aktuallığını qoruyur.

Əmək haqqı

 Bu ixtisas üzrə  orta aylıq əməkhaqqı 300-1000 AZN aralığında dəyişir.