Abituriyent forumu

Abituriyent forumu

Abituriyent forumu

 Layihənin məqsədi: Forumun məqsədi abituriyentin ixtisas və universitet seçimi zamanı qarşılaşdığı çətinlikləri, etdiyi səhvləri işıqlandırmaq və bunun qarşısını almaq üçün abituriyent və valideynləri məlumatlandırmaq, onları yeni yaranan və aktuallığını itirəcək ixtisaslarla, əmək bazarı ilə tanış etmək, abituriyentlərin 4 ilini boşa verməməsi üçün universitetdən sonrakı pillənin reallığını çatdırmaq və “nə etmək olar?” sualını cavablandırmaq, abituriyent və xüsusilə də valideynləri imtahan stressi, abituriyentin psixoloji təzyiqləri ilə tanış etmək və valideynlərin övladları ilə münasibətdə fərqindəlik yaratmaq, eyni zamanda abituriyentlərə bu mövzuda dəstək olmaq, abituriyent valideyninin qarşılaşdığı çətinlikləri, qərarsızlıqları işıqlandırmaq və qarşısını almaq üçün məlumatlandırmaqdır.
Mövzular və Spikerlər:
Nəcəf Allahverdiyev - “İmtahan həyəcanına yox!”
Elçin Əzimli - “Abituriyent valideyni olmaq”
Adil Vəliyev - “Universitet seçimində nəyə diqqət etməli?”
Rüfət Hüseynzadə - “Gələcəyin əmək bazarı və peşələri”
Ramina Mürşüdova - “Universitet illərini necə səmərəli keçirməli?”
 
Nəcəf Allahverdiyev
Təhsili:
1992-ci ildə Azərbaycan Tibb Universitetindən məzun olmuş;
2006-cı ildən Xəzər universitetində psixoterapiya ixtisası üzrə PhD təhsilinə başlamış;
2010-cu ildə isə "Moskva Ritorika və Natiqlik Bacarığı Universitetini" bitirərək müstəqil trener statusunu qazanıb, 2012-ci ildə həmin universitetdə ixtisası üzrə yenidən təkmilləşmişdir. 
Nəcəf bəy 1993-cü ildən tibbi fəaliyyətlə məşğuldur və artıq 21 ildir ki, şəxsi klinikanın baş həkimidir. 
"Moskva Ritorika və Natiqlik Bacarığı Universiteti"nin aparıcı təlimçisi;
“Beynəlxalq Trenerlər Assosasiyası”nın üzvü olan "KarnegiKlub"un rəhbəri;
Biznes - trener, kouç, fəaliyyəti göstərən NLP - Master Nəcəf bəy indiyə qədər minlərlə təlim və masterklas keçmişdir.
 
                                  
 
Ramina Mürşüdova
Təhsili:
Edmund S. Muskie məzunu;
ABŞ-ın Vermont ştatında yerləşən SIT Graduate Institute - Beynəlxalq Təhsil üzrə magistratura dərəcəsi.
Azərbaycandakı Amerika Şuralarında FLEX və Gənclərin Liderlik Proqramı koordinatoru;
San Francisco Dövlət Universitetində və ABŞ-ın San Francisco şəhərindəki Beynəlxalq Təhsil İnstitutunda təcrübəçi;
Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyinin təhsil üzrə mütəxəssisi vəzifələrini həyata keçirmişdir. 
ADA Universitetinin müəllimi olan Ramina xanım natiqlik daxil olmaqla soft bacarıqların inkişafı üzrə təcrübəli təlimçidir. O, bir çox natiqlik və TEDx tədbirləri üçün nitq hazırlığında iştirakçılara rəhbərlik etmişdir. 
2015-ci ildə təhsil mütəxəssisi vəzifəsinə qatılmış, hal-hazırda Dövlət Departamenti və ABŞ-ın Azərbaycandakı bütün mübadilə və təhsil proqramlarını idarə edir.
                                    
Adil Vəliyev
 Təhsili:
Qafqaz Universiteti - İnzibati idarəetmə (bakalavr)
Moskva Maliyyə və Sənaye Universiteti - Maliyyə və kredit(magistratura) 
Virginia Universiteti -  Biznesin idarəedilməsi. 
Bundan əlavə, Adil bəy: 
2011-ci ildən Bakı Mühəndislik Universitetinin əməkdaşı;
2014-cü ildən isə İxtisas seçimi və abituriyentlərlə iş şöbəsinin müdiri;
Edu School və Enneagram şirkətinin icraçı direktorudur. 
 Bu günə kimi abituriyentlərlə 100-ə yaxın seminarda olmuş, gələcək vəd edən ixtisaslar haqqında çıxış etmiş, ixtisas seçimini etdiyi abituriyentlərin 98%-i Ali təhsil müəssisələrinə qəbul olmuşdur. 
Vətən müharibəsində arxa cəbhədə yaxından iştirak edən Adil bəy zərər çəkmiş əhaliyə və əsgərlərə böyük köməklik göstərmişdir. 
                                         
 
Rüfət Hüseynzadə 
Təhsili:
Bakı Dövlət Universiteti — Amerikaşünaslıq ixtisası (bakalavr);
Qafqaz Universiteti (hazırda BMU) — Beynəlxalq Münasibətlər və Diplomatiya ixtisası (magistr) 
ROOF Academic Training və ROOF Startup Academy tədris mərkəzlərinin təsisçisi;
2019-cu ildə Kanada mərkəzli Erickson İnternational şirkətinin təşkilatçılığı ilə Kouçinq elmi və sənəti təlimi, 2020-ci ildə isə Corc Vaşinqton universitetinin Layihə idarəetməsi master sertifikat proqramında iştirak etmişdir. 
Rüfət bəy artıq 10 ildən çoxdur ki, ingilis dili və IELTS müəllimi, eyni zamanda  xaricdə təhsil məsləhətçisi olaraq fəaliyyət göstərir, şəxsi IELTS nəticəsi 8.5-dir. 
Tələbələri 4 qitədə 30-dan çox ölkədə təhsillərini davam etdirən Rüfət Hüseynzadənin məqsədi dünyanın ən reytinqli universitetlərinə Azərbaycandan olan tələbələrin qəbulunu maksimuma çatdırmaqdır.
                                        
 
Elçin Əzimli
Təhsili:
İstanbul Universitetinin Politologiya fakültəsindən məzun olmuş;
Kanadanın Adler kouçinq məktəbinin ACTP proqramını bitirmiş, bu məktəb tərəfindən Adler Certified Professional Coach dərəcəsinə layiq görülmüşdür. 
Azərbaycanın Beynəlxalq Kouçinq Federasiyası tərəfindən sertifikatlaşdırılmış ilk kouçlarından biri;
Bu təşkilat tərəfindən Professional Certified Coach ünvanı almış;
Emosional intellekt üzrə mütəxəssis;
Daniel Goleman İnstitunun Emosional intellekt proqramının məzunu;
Emosional intellekt üzrə dünyanın tanınmış qurumlarından sayılan Six Seconds təşkilatının xüsusi təlim proqramında iştirak etmiş və Certified EQ Assessor dərəcəsini qazanmışdır.
Hazırda ölkəmizdə ən çox satılan romanlardan biri olan "Dan ulduzu" romanının müəllifidir. 
                                      
 
 
 

Tərəfdaşlarımız:
"Abituriyent  forumu"nda  tərəfdaşımız - Gənclərin İnkişaf və Karyera Mərkəzi.
GİKM – 2 fevral 2019-cu il tarixində Azərbaycan Respublikasının Gənclər Fondunun maddi-texniki bazası əsasında fəaliyyətə başlamışdır. 
Prezident İlham Əliyevin 1 oktyabr 2019-cu il tarixli Sərəncamına uyğun olaraq, ölkənin şəhər və rayonlarında fəaliyyət göstərən Heydər Əliyev mərkəzlərində Gənclərin İnkişaf və Karyera Mərkəzinin nümayəndəliklərinin yaradılmasına başlanılmışdır. 
Yeni yaradılan nümayəndəliklərdə gənclərin əlavə bilik və bacarıqlara yiyələnməsi üçün müxtəlif peşə təlimləri, təhsil və təcrübə proqramları, görüşlər, seminarlar, intellektual oyunlar və digər tədbirlər təşkil olunacaq. Nümayəndəliklər vasitəsilə regionda yaşayan gənclər dövlət tərəfindən onlar üçün yaradılan imkanlar barədə məlumat və məsləhət almaq, həmçinin müxtəlif proqramlara müraciət və onlarda iştirak etmək imkanı qazanacaqlar.
Hazırda Mərkəzin 36 rayonda nümayəndəlikləri fəaliyyət göstərir. 
Göstərdiyi dəstək və əməkdaşlığa görə Gənclərin İnkişaf və Karyera Mərkəzi rəhbərliyinə təşəkkür edirik.

"Abituriyent forumu"nda digər tərəfdaşımız — Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyi

Agentlik Azərbaycan Respublikasında qanunvericiliklə müəyyən olunmuş qaydada işaxtaran və işsiz vətəndaşların münasib işlə təmin edilməsi, haqqı ödənilən ictimai işlərə cəlb olunması, peşə hazırlığı və əlavə təhsili məqsədi ilə müvafiq tədbirləri həyata keçirir, qanunvericiliyə uyğun olaraq işsizlik müavinətinin təyin olunmasını və ödənilməsini, müəssisə və təşkilatlarda kvotaya müvafiq olaraq müəyyən edilmiş iş yerləri hesabına sosial müdafiəyə daha çox ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşların işlə təmin edilməsi məqsədi ilə müvafiq tədbirlərin həyata keçirilməsini təmin edir.
Göstərdiyi dəstək və əməkdaşlığa görə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyinin rəhbərliyinə təşəkkür edirik.

Nəticə:
"PASHA  Holding"-in sponsorloğu, DMA-nın, GİKM-in tərəfdaşlığı ilə reallaşan layihədə iştirakla bağlı 700 nəfər qeydiyyatdan keçdi və onlardan 300-ə yaxın iştirakçı Forum aktiv şəkildə iştirak etdi. Forum tərəfdaşlarımızın, spikerlərin və moderatorun nitqindən ibarət olmaqla uğurla başa çatdı.