Böyüyəndə Mən
Layihənin məqsədi: Böyüyəndə mən layihəsinin məqsədi abituriyentlərə ixtisaslarını hansı kriteriyalara əsaslanaraq seçməli olduqları, universitetdə oxuyan zaman nələrə diqqət yetirməli və seçilən ixtisasda necə uğurlu ola biləcəkləri haqqındadır.
Mövzular və spikerlər
Sərxan Rüstəmov - “İxtisas seçimində mütaliənin rolu”
Hüseyn Həsənov - “Uğursuzluğa səbəb nədir”
Samir Kərimov - “Oxusan nə olacaq ki? Oxuyanları gördük”
Jalə Ələkbərova - “Tələbəlikdə bilməli olduğunuz 10 məqam”
Bayram İsmayılov - “40 ilimizi formalaşdıracaq 4 il”
Baba Ağayev - “Xalxın uşağına bax! Marsa raket göndərir.Bizimkisi hələ email göndərə bilmir.”
Emil Məmmədov - “Mən necə mühəndis oldum”
Toğrul Ələkbərov - “Vətənpərvərlik - həqiqi ehtiyac, ya keçmişin qalığı?”
Sərxan Rüstəmov
Təhsili:
2006-2010-cu illərdə BDU-nun Tarix fakültəsində, 2012-2014-cü illərdə isə həmin universitetin Jurnalistika fakultəsində magistr təhsili alıb.
Əvvəllər peşəkar şahmatla məşğul olub, kitablar haqqında video hazırlamağı və video müsahibələr almağı sevir. 2016 - cı ildən etibarən bu fəaliyyətini YouTube kanalı vasitəsiylə davam etdirir.
Təhsil, kitab və media sahəsinə marağı nəticəsində "BookMap" portalının qurucusu, "Mentor Talks" layihəsinin koordinatorudur.
2018-2019-cu illərdə Təhsil Nazirliyi və ASAN Xidmətin birgə həyata keçirdiyi "Məktəblinin dostu" layihəsinin PR meneceri işləmiş, hazırda isə “LIBRAFF” Mağazalar şəbəkəsinin PR mütəxəssisi kimi fəaliyyətini davam etdirir.
Hüseyn Həsənov
Təhsili:
İzmir 9 Eylül Universitetində ingilis dili müəllimliyi, daha sonra Azərbaycan Dövlət Pedaqoji Universitetində Psixologiya üzrə magistr təhsili alıb.
Avropa Azərbaycan Məktəbində İngilis dili müəllimi (Grade leader), ADBİU'nun Magistr şöbəsində İngiliscə pedaqogika müəllimi üzrə fəaliyyət göstərir.
Mentor Talks'da təşkilatı komandanın üzvü və moderatoru, Təlimçi (Psixoloji) və Azərbaycan Skautlar Assosasiyasının qrup lideridir.
Samir Kərimov
Samir Kərimov inşaat mühəndisliyi məzunu olan Türkiyədə və Azərbaycanda müxtəlif şirkətlərdə proqramçı, Code Academy Tədris Mərkəzinin həmtəsisçisi olub.
Hal-hazırda Pragmatech Tədris və İnkişaf mərkəzinin təsisçi və direktoru olaraq fəaliyyət göstərir. Kod yazmağı və müəllimliyi çox sevir.
Jalə Ələkbərova
Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) əməkdaşı və səyahət bloggeri Jalə Ələkbərova son 9 ildir sosial aktiv gənc olaraq fəaliyyət göstərir. Bu müddət ərzində 15-dən çox beynəlxalq və 50-dən çox yerli layihərdə iştirakçı və təşkilatçı olaraq fəaliyyət göstərib.
Həmçinin 2016-cı ildən "Uzaq Sahillərdə" layihəsinin üzərində çalışır və www.uzaqsahillerde.az platforması vasitəsilə sərfəli səyahətin yollarından bəhs edir.
Gənclərin beynəlxalq layihələr və tədbirlər də iştirak etmələri üçün onları maarifləndirir və həvəsləndirir.
2012-ci ildən səyahət etməyə başlayıb, 25 ölkədə 80 -dən çox şəhərdə olub, ən əsası isə səyahətlərini minimal büdcə ilə edib.
Hal-hazırda Gənclərə könüllü olmağın, müxtəlif təşkilatlarda çalışmağın ən əsası universitet illərinin yalnız ev - universitet - ev marşrutudundan ibarət olmamalı olduğundan bəhs edir.
Vebinar zamanı üniversitet illərdində bilməli olduğunuz 10 məqamı sadalayacaq və sizinlə şəxsi təcrübəsini bölüşəcək.
Bayram İsmayılov
Bayram İsmayılov hazırda Azərbaycan Dövlət İqtisad Universiteti'nin (UNEC) Türk Dünyası İqtisad Fakültəsində (TUDİFAK) 2-ci kurs iqtisadiyyat tələbəsidir. Problemin yox, həllin bir parçası olmaq istəyən Bayramın gələcəklə bağlı vizyonu qısa müddətdə gənc lider, uzun müddətdə isə həm yerli, həm də beynəlxalq arenada ən yaxşı idarəçilərdən biri və hətta birincisi olmaqdır.
Karantin günlərində də #təhsilədavam deyən Bayram hal-hazırda Ramil Cabbarovla birlikdə ölkənin nüfuzlu şirkət nümayəndələrinin və ekspertlərinin iştirakı ilə “UNEC Online Karyera Günləri” təşkil edir.
Baba Ağayev
Maliyyə sahəsi üzrə təhsil alıb, Ernst&Young, Falcon International kimi beynəlxalq şirkətlərdə öz sahəsi üzrə çalışdıqdan sonra işləməkdən yorulub və səyahətə gedib.
Qayıtdıqdan sonra Turizm sferası üzrə bir neçə uğurlu, uğursuz startapların əsasını qoyub. Hazırda komandası ilə birgə Vizam.az, Pickvisa.com, Postkarto kimi innovativ məhsullar üzərində Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri bazarlarında çalışır. Bugünə kimi Şri Lanka, Braziliya, Meksika, Cənubi Afrika Respublikası, Rusiya, BƏƏ kimi ölkərlərdə onlarla layihəni idarə edib.
Emil Məmmədov
Azərbaycan Dövlət Neft Akademiyasında istehsalat proseslərinin avtomatlaşdırılması mühəndisliyinin bakalavriat və magistratura pilləsini fərqlənmə diplomu ilə bitirib, daha sonra London İmperial Kollecində ikinci magistratura təhsili alıb. Paralel olaraq Bakıda neft sahəsində 5 il çalışıb və daha sonra karyerasını yüksək texnologiya şirkətlərində davam etdirmək qərarını alıb. Elə bu zaman "Facebook" da özünə uyğun iş vakansiyası ilə qarşılaşıb və ona müraciət edib.
2018-ci ilin əvvəllərindən “Facebook”da idarəetmə mütəxəssisi olaraq işləyir.
Toğrul Ələkbər
Toğrul Ələkbərov 10 ildən artıqdır ki, gənclərlə iş sektorunda təlimçi, mentor və kouç olaraq fəaliyyət göstərməkdədir.
O, "Əliabbas İş Axtarışında" kitabının müəllifi, "ABŞ Təhsilli Azərbaycan Məzunları" İB-nin sədri, ölkəmizdə xaricdə təhsil ilə bağlı ən aktiv təhsil qruplarının (Çörək Almaq Adıyla Çıxanlar / Xaricdə Çörək ) qurucusu, "ixtisas.az" layihəsi və "Career Guide" şirkətinin rəhbəridir.
Nəticə: "PASHA Holding"-in sponsorloğu ilə gerçəkləşən layihə çərçivəsində iştirakla bağlı 200 nəfər müraciət etdi, onlardan yalnız uyğun görülən 10-11- ci sinif şagirdləri 36 nəfər seçilərək, layihəmizə cəlb edildi. Layihənin başlanğıcından sonuna qədər abituriyentlər yüksək davamlılıq göstərdilər və qiymətləndirmə sorğusunun nəticələri də bunu göstərdi ki, onlar üçün bu layihə çox uğurlu alındı,hər bir abituriyent məmnun qaldı.