Böyüyəndə Mən 2
Layihənin məqsədi: Lahiyənin məqsədi spikerlər vasitəsilə 8,9,10, 11-ci sinif şagirdlərini düzgün ixtisas seçiminə yönəltmək, onlara abituriyentlik dönəmində kömək olacaq məsləhətləri bölüşmək, karyera həyatı ilə bağlı suallarını cavablamaq və onlara kömək olmaq, yerli bazarla, ixtisasların gələcəyi ilə tanış etməkdir. Layihə vasitəsilə nə istədiyini daha yaxşı bilən, düzgün ixtisas seçimi üçün doğru yol tapan, dərslərinə düzgün hazırlaşan və məqsədli gənclər yetişdirməyi planlayırıq. Layihədə kifayət qədər abituriyentlərin istək və suallarına yer verilir, vebinarlardan əlavə ixtisas seçimi ilə bağlı problemləri ilə məşğul olunur, lazım gəldikdə konsultasiya və mentorluq xidmətinə də yönəldilir. Həmçinin layihəni uğurlu tamamlamaq və iştirakçıların xoş təəsüratla ayrılması da əsas prioritetdir.
Mövzular və Spikerlər:
Sərvər Rüstəmov - "Abituriyentlikdə effektiv hazırlaşmağın yolları";
Qoşqar Məhərrəmov - "Haradan? Haraya? Necə?" ;
Ramil Cabbarov - "Diplomlu işsiz olmamaq üçün nə etməli?";
Adil Vəliyev - "Qazanclı yoxsa sevdiyimiz ixtisas";
Elçin Həsən - "Abituriyentlik dönəmində psixoloji təzyiqlər";
Şahanə Dostəliyeva - "Ehtiyacımız olan motivasiyadırmı yoxsa disiplin?".
Sərvər Rüstəmov
2006-ci ildə Bakı Dövlət Universitetinin Tarix fakültəsinə 630 balla daxil olmuş, həmçinin ixtisası üzrə həmin dövrə qədər olan ən yüksək nəticəni göstərmişdir. 2010-cu ildə universiteti fərqlənmə diplomu ilə bitirib, 2011-ci ildə Azərbaycan Dövlət Pedoqoji Universitetində magistratura, 2014-cü ildə isə AMEA Tarix İnstitutunda doktorantura pilləsinə daxil olmuşdur. 2018-ci ildən etibarən Mehdiabad qəsəbəsi 1 saylı orta məktəbdə fəaliyyət göstərən Sərvər bəy, 2011-ci ildən repititorluqla məşğuldur.
Adil Vəliyev
2004-cü ildə Qafqaz Universitetinə daxil olub, 2011-ci ildən Bakı Mühəndislik Universitetinin əməkdaşı, 2014-cü ildən isə İxtisas seçimi və abituriyentlərlə iş şöbəsinin müdiri olaraq göstərir. Spikerimiz bu günə kimi abituriyentlərlə 100-ə yaxın seminarda olmuş, gələcək vəd edən ixtisaslar haqqında çıxış etmiş, ixtisas seçimini etdiyi abituriyentlərin 98%-i Ali təhsil müəssisələrinə qəbul olmuşdur. Vətən müharibəsində arxa cəbhədə yaxından iştirak edən Adil bəy zərər çəkmiş əhaliyə və əsgərlərə böyük köməklik göstərmişdir. Həmçinin Edu School və Etiket.az-ın təsisçisidir.
Qoşqar Məhərrəmov
Orta Doğu Texniki Universitetində Biologiya üzrə bakalavr, Eskişehir Osmangazi Universitetində Təhsilin idarə olunması üzrə magistratura və doktorantura, Ankara Universitetində Təhsilin fəlsəfəsi üzrə ikinci magistratura təhsili alan Qoşqar bəy Azərbaycanın öndə gedən müəssisələrində işləmiş və işləməkdədir.Bundan əlavə təhsil kouçu və pedaqoji konsultant, Təhsil İdarəçiləri Assosiasiyasının təsisçisi, həmçinin ixtisas.az-ın biologiya ixtisası üzrə mentorudur.
Elçin Öyrəçi
Elçin bəy Azərbaycan Dövlət İqtisad Universitetində Dövlət İdarəçiliyi üzrə bakalavr təhsili aldıqdan sonra Liverpool Universitetində isə Beynəlxalq Neft-Qaz idarəolunması üzrə təhsil almışdır. Xəzər Universitetində Təhsilin İdraəolunması üzrə magistr, Tartu Universitetində Təhsil texnologiyaları üzrə ikinci magistr təhsili davam etdirmişdir. Hal-hazırda WOW School & ISSE də direktoru, təsisçidir. BP şirkətinin əməkdaşıdır.
Şahanə Dostəliyeva
Qafqaz Universitetinin 2017-ci il "Beynəlxalq münasibətlər" ixtisası məzunudur. Həmin ildən Hüquq şöbəsində sənəd dövriyyəsi sahəsində çalışmışdır. Hazırda ARDİA' da Menecment ixtisası üzrə ikinci bakalavr təhsilini davam etdirir. 2018-ci ildən İnsan Resursları və informasiya təminatı sahəsində baş məsləhətçi, 2020-ci ildən etibarən isə Freelance kitab (hekayə) yazarı olaraq da fəaliyyət göstərir. Şəxsi inkişaf, motivasiya sahələrini əhatə edərək, həmçinin aktual problemlərə həll yolu tapmaq məqsədini hədəfləyən shanadostaliyeva.com vebsaytının və "Shahana Dostaliyeva" adlı Youtube kanalının yaradıcısıdır.
Ramil Cabbarov
Ramil bəy 12 ildən artıqdır ki, avtomobil, səhiyyə, təhsil, idman, ərzaq və qeyri-ərzaq sektorları üzrə 12 şirkətdə marketinq üzrə məsul vəzifələrdə çalışıb. 2014-ci ildən UNEC-də müxtəlif vəzifələrdə, hazırda Karyera Mərkəzinin direktoru, marketinq üzrə müəllim vəzifəsində çalışır. 2 şirkətlər qrupu, 1 idman təşkilatı, 1 beynəlxalq şirkətin Azərbaycan nümayəndələyinin konsultantıdır.
Nəticə: "PASHA Holding"-in sponsorloğu ilə gerçəkləşən layihə çərçivəsində iştirakla bağlı 107 müraciət etdə və uyğun görülən 57 nəfər layihəyə iştirakçı seçildi. Layihə iştirakçıların diqqətini cəlb edərək uğurla davam etdi və tamamlandı.