Gələcəyə doğru addım

Gələcəyə doğru addım

Gələcəyə doğru addım

Layihənin məqsədi: Spikerlər vasitəsi ilə həssas qrupa aid olan 8,9,10,11- ci sinif şagirdlərini düzgün ixtisas və karyera seçiminə yönəltmək, onlarla abituriyentlik dönəmlərində kömək ola biləcək məsləhətləri bölüşmək, yerli əmək bazarı və ixtisasların gələcəyi ilə tanış etmək, produktiv abituriyentlik keçirmələrinə dəstək olmaq.



 

Mövzular və Spikerlər:

 

- Əliş Niftəliyev - “Produktiv abituriyentlik”

- Aynur Bünyatova - “İmtahan öncəsi stressin idarəedilməsi”

- Əli Qurbanlı - “Abituriyentin karyera yolu”


 

Əliş Niftəliyev

  İngiltərənin Exeter universitetində İqtisadiyyat və Beynəlxalq Əlaqələr üzrə təhsil almışdır. Hal-hazırda isə magistr təhsilini Polşanın Kozminski Universitetində davam etdirir. Eyni zamanda Procter and Gamble şirkətində tədarük zəncirinin idarə edilməsi üzrə çalışır.

 

  2018-ci ildən etibarən blogerlik fəaliyyətinə, 2020-ci ildən etibarən isə YouTube üzərindən abituriyentlik, şəxsi-inkişaf və xaricdə təhsil mövzuları üzrə video blogerlik fəaliyyəti ilə məşğuldur.


 

Aynur Bünyatova

- Azərbaycan Dövlət Pedaqoji Universiteti - Pedaqogika və ibtidadi təhsil. 

- AMEA - Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutu (doktorantura səviyyəsi 2006-2010)

Psixologiya üzrə fəlsəfə doktoru olan Aynur xanım Azərbaycan Universiteti və Bakı Dövlət Universitetlərində fəaliyyət göstərir.


 

Əli Qurbanlı

  Hal-hazırda Dövlət Məşğulluq Agentliyində çalışan Əli Qurbanlı 2016-cı ildən etibarən alademik və karyera inkişafı istiqamətində fəaliyyət göstərir. 3 İlə yaxın Bakı Dövlət Universitetində akademik tədris fəaliyyəti ilə məşğul olmuş, hal-hazırda isə karyera məsləhətçisi, karyera inkişafı üzrə mentor, təlimçi, eyni zamanda ‘Alo  Karyera’ dəstək xidmətinin supervayzeridir.

 

 

 

Layihə Simruq Təhsil Fondu ilə birgə əməkdaşlıq çərçivəsində həyata keçdi.

 



Nəticə: Şəhid və qazi övladları, həmçinin onların 1-ci dərəcəli yaxınları üçün nəzərdə tutulan ‘Gələcəyə doğru addım’ layihəsində iştirak üçün 32 nəfər qeydiyyatdan keçdi, 25 nəfər iştirak etdi.