İxtisas saatı 1

İxtisas saatı 1

İxtisas saatı 1

 Layihənin məqsədi:   Bir çox abituriyentlər ixtisas seçimi zamanı çətinliklərlə qarşılaşırlar. Bu gün ölkəmizdə bütün tədris müəssisələri eyni dərəcədə tələbəyə keyfiyyətli təhsil verə bilmir. Bu məqsədlə, düşündük ki, qısamüddətli belə bir layihəni ərsəyə gətirək və abituriyentlərə fayda verək. Layihənin əsas məqsədi abituriyentlərə düzgün kodlaşdırma necə aparılmalıdır, düzgün ixtisası seçmək üçün nələri bilməli olduğumuzdur.

Ramil Cabbarov
Ramil bəy 12 ildən artıqdır ki, avtomobil, səhiyyə, təhsil, idman, ərzaq və qeyri-ərzaq sektorları üzrə 12 şirkətdə marketinq üzrə məsul vəzifələrdə çalışıb.   2014-ci ildən UNEC-də müxrəlif vəzifələrdə çalışıb, hazırda Karyera Mərkəzinin direktoru, marketinq üzrə müəllim vəzifəsində çalışır. 2 şirkətlər qrupu, 1 idman təşkilatı, 1 beynəlxalq şirkətin Azərbaycan nümayəndələyinin konsultantıdır.

                                                                   
İlkin Məcidov
Təhsili:
Qafqaz Universiteti- Regionşünaslıq
Azərbaycan Dövlət İqtisad Universiteti- Dünya İqtisadiyyatı
İş yeri:
Hazırda Azərbaycan İnsan Resursları Assosiasiyasının İdarə heyətinin üzvü;
PSG Management Systems Layihə məsləhətçisi;
Əvvəllər Azərsu ASC-nin Təlim və İnnovasiya Mərkəzinin rəisi;
AR Gənclər və İdman Nazirliyi- Təlim mərkəzinin rəhbəri;
Qafqaz Universiteti Karyera planlama mərkəzinin müdiri.

                                                                   
Yaşar Əhmədli və Murad Akifsoy
Murad Akifsoy
Gəncə Dövlət Universitetində Təhsildə sosial-psixoloji xidmət ixtisası üzrə təhsil almışdır.
Gənc Psixoloqlar İctimai Birliyinin Koordinatorudur. Həmçinin PsyLand Psixologiya və İnkişaf Mərkəzi, Günəş Tədris və Psixoloji İnkişaf Mərkəzində psixoloq kimi fəaliyyət göstərir.
Yaşar Əhmədli
Orta Doğu Teknik Universiteti və Vaasa Universitetində Sənaye mühəndisliyi ixtisası üzrə təhsil almışdır
Amozon şirkətində biznes analitiki kimi fəaliyyət göstərir.

                                                                 
Mehriban Nəzərova
Mehriban xanım Azərbaycan Dillər Universiteti ve Böyük Britaniyanin Qlazqo (Glasgow)  Universitetinin məzunu olub, hazırda ikinci magistratura təhsilini Azərbaycan Dövlət Pedaqoji Universitetində almaqdadır.
Bundan əlavə, təhsil sahəsində 7 illik iş təcrübəsinə malikdir. Həmçinin ali təhsil müəssisələrində islahat layihəsi olan Azərbaycan Respublikası Təhsil Nazirliyinin SABAH qrupları layihəsinin tələbələrlə iş üzrə meneceri olmuşdur.
Hazırda proqramlaşdırma təhsili üzrə ixtisaslaşmış ATL Akademiyanin əməliyyatlar üzrə meneceridir.
                                                                  

Nəticə: 
PASHA  Holding"-in sponsorloğu ilə layihə boyunca baş tutan vebinarlarda hər qrup üzrə ixtisaslardan və kodlaşdırmadan danışıldı və abituriyentlərin suallarına dolğun şəkildə cavab verildi.