İxtisas saatı 2

İxtisas saatı 2

İxtisas saatı 2

 

Məqsəd:  Abituriyentlərin əksəriyyəti ixtisas seçimi zamanı çətinliklərlə qarşılaşırlar. Layihənin məqsədi düzgün kodlaşdırma, ütün ixtisas qrupları və əsas ixtisaslar barəsində ümumi məlumat çatdıraraq abituriyentlərin ixtisas seçiminə dəstək olmaqdır.


Spikerlər:
1-ci qrup üzrə Nail Mustafazadə
Təhsili: Qafqaz Universiteti – İnformasiya texnologiyaları mühəndisliyi; University of Wisconsin – Computer Science; UNEC – Kompyuter elmləri (magistr).
Nail bəy hal-hazırda  Kapital Bankda “Müştəri təcrübəsi sahəsində” (Consumer Experience Tribe), Məlumat axını analitikası komandasında data mühəndisi;  Outsource kimi Təhsil Nazirliyinin İT layihələrində data mühəndisi vəzifələri üzrə çalışır.

                                                                         
2-ci qrup üzrə Nailə Ələkbərova
Təhsili: Azərbaycan Dövlət İqtisad Universiteti (bakalavr) – Menecment; Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası (magistr) – Strateji Menecment; Kent Universiteti – MBA
Əvvəllər PAŞA Bankda bir çox vəzifələrdə çalışmış Nailə xanım hal-hazırda PAŞA Bank ASC-də Private Banking departamentinin marketinq, məhsulların yaradılması və satışa dəstək komandasının baş mütəxəssisi vəzifəsini icra edir.

                                                                         
3-cü qrup üzrə Zakir Əlizadə
"İxtisas saatı" layihəsinin növbəti qonağı Zakir Əlizadə ilə III qrup üzrə prestijli hesab olunan ixtisaslardan danışacağıq!
Təhsili:  ADA Universiteti(bakalavr) – Dövlət və İctimai Münasibətlər;  Bakı Biznes Universiteti(magistr) – MBA 
Zakir Əlizadə əvvəllər Mars Academy – Satış Departamenti Rəhbəri; Dərs Evi Tədris Mərkəzi – Satış Departamenti; ADA Universiteti – Professor köməkçisi vəzifələrində çalışmışdır. Hal-hazırda isə Az Smart MMC-də Satış Departamenti Rəhbəri vəzifəsi üzrə fəaliyyət göstərir.

                                                                        
4-cü qrup üzrə Qoşqar Məhərrəmov
Təhsili: Orta Doğu Texniki Universiteti (bakalavr) – Biologiya üzrə;  Eskişehir Osmangazi Universiteti (magistr) – Təhsilin idarə olunması; Ankara Universiteti (magistr) – Təhsilin Fəlsəfəsi;  Eskişehir Osmangazi Universiteti (doktorantura) – Təhsilin idarə olunması;
Qoşqar bəy Xəzər Universiteti – Müəllim, kafedra müdiri;  Bakı Ali Neft Məktəbi – Müəllim vəzifələrində çalışmışdır. Hal-hazırda isə  Azərbaycan Britaniya Kollecində Biologiya müəllimi; Bakı Ali Neft Məktəbində isə pedaqogika müəllimi vəzifələrini icra edir.

                                                                           
 5-ci qrup üzrə Cavid Əli
Əvvəllər Türkiyənin İstanbul şəhərində 2 ildən çox qrafik dizayner vəzifəsini icra etmiş, hal-hazırda isə Brandup agentliyində qrafik dizayner vəzifəsində çalışır.
Qrafik dizayn sahəsində 8 ildən çox təcrübəsi olan Cavid bəy əlavə olaraq qrafik dizayn dərslərinin tədrisi ilə də məşğuldur.

                                                                            
 Kodlaşdırma üzrə Mehriban Nəzərova
Mehriban xanım Azərbaycan Dillər Universiteti ve Böyük Britaniyanin Qlazqo (Glasgow) Universitetinin məzunudur.
Qeyd edək ki, təhsil sahəsində 8 illik iş təcrübəsinə malikdir və həmçinin ali təhsil müəssisələrində islahat layihəsi olan Azərbaycan Respublikası Təhsil Nazirliyinin SABAH qrupları layihəsinin tələbələrlə iş üzrə meneceri olmuşdur.
Hazırda isə proqramlaşdırma təhsili üzrə ixtisaslaşmış ATL Akademiyasının direktorudur.

                                                                             

Nəticə: Layihə " PASHA  Holding"-in sponsorloğu ilə  həyata keçirildi. Facebook platforması canlı yayım üzərindən moderatorlarımız Fatimə Qazibahadır və Yusif Xəlilovla layihə uğurla başa çatdı və abituriyentlər ixtisas qrupları haqqında öz suallarına cavab tapdılar.