Karyera Proqramı

Karyera Proqramı

Karyera Proqramı

Karyera Proqramı

 

Hədəf kütlə: 8-11 ci siniflər və valideynlər

Məqsəd:

  Abituriyentlərin özlərini, bacarıq və maraqlarını anlamasında kömək olmaq; İxtisaslar barədə məlumat verərək abituriyentlərin düzgün seçim etməsinə kömək olmaq. İxtisasını sevən, keyfiyyətli təhsilə yiyələnmiş gəncləri cəmiyyətə qazandırmaq.

 Spikerlər: 

▪︎ Pərviz Əfəndizadə - “Əmək Bazarı tələbləri”;

Dövlət Məşğulluq agentliyinin əməkdaşı olan Pərviz bəy 2013-cü ildən Azərbaycanda fəaliyyət göstərən müxtəlif beynəlxalq təşkilatlar ilə çalışma təcrübəsinə malikdir. Həmçinin WWF(Ümumdünya vəhşi təbiət fondu) və Birləşmiş Millətlər Təşkilatının müxtəlif layihələrində çalışmış, hazırda isə karyera planlaması, mentorluq, yerli və eynəlxalq səviyyələrdə isə təlimçilik fəaliyyəti ilə məşğuldur.

 

▪︎ Şəhriyar Laçınov – “Düzgün ixtisas seçimi”;

Təhsili:

ADİU- Mühəndis iqtisadiyyatı və idarəetmə;

George Washington University / ADPU – təhsil və insan inkişafı – Təhsil siyasəti / Təhsil menecmenti(ikili diplom proqramı).

Kaspi Abituriyentin Quba Nümayəndəliyinin həmtəsisçisi, həmçinin rəhbər və karyera məsləhətçisi.

2015-ci ilədək Azərsun Holdinqdə İnsan Resursları mütəxəssisi vəzifəsini icra etmişdir. 

Həmçinin hazırda ADPU-nun Quba Filialında İnsan resursları şöbə müdiri olaraq da fəaliyyət göstərir.

 

▪︎ Nəzrin Tofiqzadə - “İxtisas seçimində övladimia necə yardım edə bilərik?”.

Təhsili: 

Bakı Dövlət Universiteti – Psixologiya 

Technische Universiteti - Psixologiya

 


 

Nəticə: Tərəfdaşı GİKM olduğu layihəhə 30 nəfər müraciət etdi. 15 Nəfər iştirak etdi.  Layihə offline  formatda davam etdi. Məkan: Gənclərin İnkişaf və Karyera mərkəzi (Globus Center, 13-cü mərtəbə)