Peşə Təmayüllü Siniflər Təşkili

Peşə Təmayüllü Siniflər Təşkili

Peşə Təmayüllü Siniflər Təşkili

Məqsəd:
Vebinarların keçirilməsində məqsəd müxtəlif peşə ixtisasları üzrə təhsil alan abituriyentlərə uğurlu karyeraya yüksəlmələri üçün dəstəyin göstərilməsidir.


Spikerlər və Mövzular:
Jalə Bənnayeva - "Düzgün CV/ Rezyume hazırlanması, İstək məktubunun yazılması"
Şahanə Dostəliyeva - “Zamanın Bu Gündən İdarəsi”
Şəfiqə Xaliqova - "Effektiv ünsiyyət bacarıqları"
 
Jalə Bennayeva
Jalə xanım 2015 - 2019-cu illərdə Bakı Dövlət Universitetində Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin Menecment ixtisası üzrə bakalavr təhsili almışdır.
Hazırda təhsilini Bakı Dövlət Universitetində Makroiqtisadi siyasət üzrə magistr pilləsi üzrə davam etdirməkdədir.
Peşə Təmayüllü Siniflər layihəsində Karyera məsləhətçisi, həmçinin ixtisas.az saytının rəhbəri və Simurq Təhsil Fondunun İcraçı direktorudur.
Vebinar zamanı abituriyentlərə CV və rezyumenin hazırlanması, istək məktubunun yazılması mövzularında tövsiyələr verildi.

                                     
Şahanə Dostəliyeva
2017-ci il də Qafqaz Universitetinin "Beynəlxalq münasibətlər" ixtisası məzunu olan Şahanə xanım həmin ildən Hüquq şöbəsində sənəd dövriyyəsi sahəsində çalışmışdır. Hazırda ARDİA' da Menecment ixtisası üzrə ikinci bakalavr təhsilini davam etdirir.
2018-ci ildən İnsan Resursları və informasiya təminatı sahəsində baş məsləhətçi, 2020-ci ildən etibarən isə Freelance kitab (hekayə) yazarı olaraq da fəaliyyət göstərir.
Şəxsi inkişaf, motivasiya sahələrini əhatə edərək, həmçinin aktual problemlərə həll yolu tapmaq məqsədini hədəfləyən shanadostaliyeva.com vebsaytının və "Shahana Dostaliyeva" adlı Youtube kanalının yaradıcısıdır.
Vebinar zamanı abituriyentlərə zamanın düzgün idarə olunması mövzusu ətrafında faydalı məlumatlar verildi.

                                       
Şəfiqə Xaliqova
2015-ci ildə Kadrlar üzrə mütəxəssis vəzifəsində dövlət orqanında işə başlayan Şəfiqə Xalıqova 2017-ci ildən etibarən özəl sektorda İnsan Resursları sahəsində  mütəxəssis vəzifəsində çalışır.
Şəfiqə xanım artıq 5 ildir ki, redaktor kimi fəaliyyət göstərir, müxtəlif sayda və fərqli janrlarda kitabların, məqalələrin korrektoru və redaktorunu həyata keçirir, şəxsi blogunda "Karyera", "Nitqin inkişafı", "Ünsiyyət bacarıqları", "Nəzakət qaydaları" ilə bağlı maarifləndirici məqalələr yazır. Bir çox məqalələri isə qəzet və jurnallarda dərc olunub.
Eyni zamanda:
- İnsan Resursları (İşə qəbul, peşəkar Rezume/ CV hazırlanması, Rezume analiz, İş müsahibəsinə hazırlıq);
-  Effektiv ünsiyyətin sirləri(nitqin inkişafı, diksiya);
- Beynəlxalq Etiket və Nəzakət qaydaları üzrə fərdi və qrup dərsləri, təlim və seminarlar tədris edir.
Vebinar zamanı abituriyentlərə effektiv ünsiyyət mövzusu ilə bağlı ətraflı məlumat verildi. 

                                     


Nəticə: 3 silsilə vebinardan ibarət olan layihə tərəfdaşımız “Peşə Təmayüllü Siniflərin Təşkili” və  "PASHA Holding"-in sponsorloğu  ilə birlikdə uğurla tamamlandı.