Xalxın Valideyni

Xalxın Valideyni

Xalxın Valideyni

Layihənin məqsədi:

Bu gün ixtisas seçimində digər faktorlarla yanaşı, valideynlərin bu seçimə müdaxilə etmələri də göz qabağındadır. Elə bu məqsədlə də layihənin həyata keçirilməsinə başlanıldı. Ali və orta ixtisaslı məktəblərə qəbul imtahanı prosesində valideynlər də bu dövrdə ən azı övladları qədər gərgin və həyəcanlı olurlar. Həmçinin övladlarının seçimlərinə kömək edir və ya seçimi özləri edirlər. Layihənin əsas məqsədi valideynlər üçün psixoloji yönümlü vebinarlar təşkil etmək,onların gərginliyini, həyəcanını azaltmaq və ixtisas seçimi prosesində övladlarının istəkləri ilə hərəkət etməyin nə qədər uğurlu olduğunu aşılamaqdır.

Spikerlər və Mövzular:
Toğrul Ələkbərov və Ceyhun Cabbarov - “Peşəsiz diplomlular”
Nərgiz Babakişiyeva - “Peşə seçimində psixoloji faktorlar”
Elçin Əzimli - “İQ-EQ balansının düzgün qurulması”
Səma Abıyeva - “Dərsdən kənar dərs materiallarının başqa vasitələrlə öyrənilməsi”
Anar Məmmədov - “Smart valideyn səriştələri”
            
Ceyhun Cabbarov və Toğrul Ələkbərov
Ceyhun Cabbarov -  Türkiyənin Orta Doğu Texniki Universitetində bakalavr, magistr və doktorantura təhsili alıb, ixtisası isə Fizika müəllimidir. ADA, UFAZ, BMU, ADPU, həmçinin Azərbaycanda və Türkiyədə müxtəlif özəl məktəblərdə müəllim kimi fəaliyyət göstərib.
Engineering for Kids-Baku STEM təhsil mərkəzinin təsisçisi direktorudur. Hazırda Bakı Oxford Məktəbində çalışır. AtaBala Production layihəsinin rəhbəridir.
Toğrul Ələkbərov - "ixtisas.az" layihəsinin rəhbəridir. 10 ildən artıqdır ki, gənclərlə iş sektorunda təlimçi, mentor və kouç olaraq fəaliyyət göstərməkdədir. O, "Əliabbas İş Axtarışında" kitabının müəllifi, ölkəmizdə xaricdə təhsil ilə bağlı ən aktiv təhsil qruplarının (Çörək Almaq Adıyla Çıxanlar / Xaricdə Çörək ) qurucusu, "ixtisas.az" layihəsi və "Career Guide" şirkətinin rəhbəridir.

                                               
 
Elçin Əzimli
Elçin Əzimli İstanbul Universitetinin Politologiya fakültəsindən məzun olmuşdur və peşəkar kouç, biznes təlimçisidir.
Elçin bəy Kanadanın Adler kouçinq məktəbinin ACTP proqramını bitirmiş və bu məktəb tərəfindən Adler Certified Professional Coach dərəcəsinə layiq görülmüşdür. Azərbaycanın Beynəlxalq Kouçinq Federasiyası tərəfindən sertifikatlaşdırılmış ilk kouçlarından biridir və bu təşkilat tərəfindən Professional Certified Coach ünvanı almışdır.
Elçin Əzimli Emosional intellekt üzrə mütəxəssisdir. Bu sahə üzrə dünyanın tanınmış qurumlarından sayılan Six Seconds təşkilatının xüsusi təlim proqramında iştirak etmiş və Certified EQ Assessor dərəcəsini qazanmışdır.

                                              
Anar Məmmədov
Anar bəy Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin direktor müavini, təhsil üzrə ekspertdir, həmçinin təhsil sahəsində bir sıra yeni layihilərin rəhbəridir. 20 illik araşdırma və 10 ildən artıq təhsil idarəçiliyi sahəsində təcrübəsi var.

                                            
Nərgiz Babakişiyeva
Moskva Dövlət Universitetinin Psixologiya ixtisası üzrə məzunu olan Nərgiz xanım artıq 7 ildir ki, böyüklər və yeniyetmələr üçün psixoloji təlimlər keçirir.
Dərs Evi tədris mərkəzində peşə seçimi və psixoloji təlimlər üçün layihələrin rəhbəri olaraq çalışmış, həmçinin mərkəzin psixoloji hazırlıq və konsultasiya proqramını tərtib etmişdir.
Sosial və özəl layihələrdə təlimçi və konsultant olaraq fəaliyyət göstərir.
Əsas maraq dairəsinə peşə seçimi, karyera planlaması, şəxsi inkişaf, valideyn-uşaq münasibətləri, ailə psixologiyası, qabaqcıl tədris metodları daxildir ki, hazırda bu sahələr üzrə psixoloq-konsultant olaraq çalışır.

                                           
Səma Abiyeva
Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin məzunu olan Səma xanım 2010-cu ildə təhsilini Media Akademiyasında davam etdirib.
Ölkənin bir sıra qazet və jurnallarında, eləcə də aparıcı saytlarında köşə yazarlığı edib. 2012-ci ildən isə televiziya və radioda bir sıra verilişlərin redaktor və aparıcısı olub.
Hazırda İctimai Televiziyada aparıcı olaraq çalışır. İndiyə qədər BDU tələbələri üçün bloggerlik fəaliyyəti ilə bağlı seminarlar aparmış, həmçinin 6 ildir ki, müxtəlif sosial şəbəkələrdə şəxsi bloqunu idarə edir.

                                           
 Nəticə:
Bizə müraciət edən valideynlərin sayı 150 nəfər idi. 150 nəfər arasından uyğun görülən 40 valideyn seçildi. 2-18 iyul 2020-ci il tarixlərində layihənin icrası  " PASHA  Holding"-in sponsorloğu ilə baş tutdu