Xalxın valideyni 2

Xalxın valideyni 2

Xalxın valideyni 2

Layihənin məqsədi:

Bu gün ixtisas seçimində digər faktorlarla yanaşı, valideynlərin bu seçimə müdaxilə etmələri də göz qabağındadır. Elə bu məqsədlə də layihənin həyata keçirilməsinə başlanıldı. Ali və orta ixtisaslı məktəblərə qəbul imtahanı prosesində valideynlər də bu dövrdə ən azı övladları qədər gərgin və həyəcanlı olurlar. Həmçinin övladlarının seçimlərinə kömək edir və ya seçimi özləri edirlər. Layihənin əsas məqsədi valideynlər üçün psixoloji yönümlü vebinarlar təşkil etmək,onların gərginliyini, həyəcanını azaltmaq və ixtisas seçimi prosesində övladlarının istəkləri ilə hərəkət etməyin nə qədər uğurlu olduğunu aşılamaqdır.

Spikerlər və Mövzular:

•  Dəniz Umarova - “Valideyn – şagird münasibətlərinə psixoloji baxış”

• Günel Səfərova - “Abituriyentə uğurlu valideyn”

• Fidan Əzimli - “Xaricdə təhsilə valideyn baxışı”

• Bahadur Seyidov - “Sosial media üzrə karyera: perspektivlər və risklər”

• Quliyeva İlahə -  “Valideynin abituriyentlərin sosial həyatında rolu” 


  1. Dəniz Umarova

Dəniz Umarova - Bakı Dövlət Universitetinin “Sosial Elmlər və Psixologiya” fakültəsindən bakalavr səviyyəsi üzrə məzun olmuş, daha sonra isə magistr səviyyəsi üzrə Xəzər Universitetinin Psixologiya ixtisasını tamamlamışdır. 

Hazırda K.Y.Fərəcova adına ETPİ-nin Uşaq Bərpa Mərkəzinin psixoloqu olan Dəniz xanım 2017-2021-ci illərdə Loqos Psixoloji və Nitq İnkişaf Mərkəzində çalışmışdır.

 

  1. Günel Səfərova

Günel Səfərova -  Hüquqşünaslıq ixtisas üzrə təhsil alıb,  uzun müddət beynəlxalq inkişaf layihələrində (Avrasiya Fondu, SOS Azərbaycan və s.)  layihə rəhbəri vəzifəsini icra etmişdir. 

Spikerimiz hal-hazırda “Vətəndaş Tədqiqat və İnkişaf İctimai Birliyinin sədri”, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü, Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri olaraq fəaliyyət göstərir.

  

  1. Fidan Əzimli

Fidan Əzimli -  Psixoloq olub, həmçinin PCC səviyyəli peşəkar kouç olaraq fəaliyyət göstərir. 

Həm də o, Alpha Coaching və Konsultinq şirkətində çalışır.

  

  1. Bahadur Seyidov

Bahadur Seyidov -  Gəncə Dövlət Universitetdə pedaqoji təhsil alaraq”İqtisadiyyat” fakültəsinin məzunu olmuş Bahadur bəy 2011-2017 ci illərdə ATV-də (Azad Azərbaycan Müstəqil Tele-Radio şirkəti) çalışmış, 2017-2018-ci illər metbuat.az saytının baş redaktoru, 2019-cu il redaktor.az saytınında baş məsləhətçi vəzifəsini icra etmişdir. 

2019-cu ildə jurnalistika və sosial mediaya əsaslanan öz şirkətini – “De MEDİA”-ı quran spikerimizin həmçinin 700 min abunəsi olan “Demədi Demə” adlı Youtube kanalı var.

   

  1. Quliyeva İlahə

Quliyeva İlahə - Azərbaycan Dövlət Pedaqoji Universitetində bakalavr, Bakı Dövlət Universitetində magistr, AMEA NKPİ-da doktorantura təhsili almışdır.

Kimya üzrə fəlsəfə doktoru, dosent olan spikerimiz bir sıra məqalələrin müəllifidir.

 

Nəticə:

Bizə müraciət edən valideynlərin sayı 138 nəfər idi. 138 nəfər arasından uyğun görülən 70 valideyn seçildi, bu valideynlərdən aktiv şəkildə görüşlərdə iştirak edənlərin sayı 35-40 nəfər idi.