Proseslərin avtomatlaşdırılması ixtisası

Proseslərin avtomatlaşdırılması ixtisası

Proseslərin avtomatlaşdırılması ixtisası

İxtisasın  təsviri

  Hər bir şirkət biznesin təşkili, istehsalı və şirkətin gəlirini artırmaq, bununla belə xərcləri azaltmaq üçün mütəmadi olaraq həllər axtarır. Proseslərin avtomatlaşdırılması mühəndisi məhz bununla məşğul olur. Tələbələr məhsulun keyfiyyətini qiymətləndirməyi, konstruktor sənədlərini (çertyoj) hazırlamağı, avtomatlaşdırılmış sistemlərin proqram kompleksini layihələşdirməyi, vəsait və məhsulun sertifikatlaşdırılmasını aparmağı və s. öyrənirlər. Proseslərin avtomatlaşdırılması mühəndisliyini kafedrası, istehsal proseslərinin avtomatlaşdırılması üçün istifadə olunan metod və vasitələrin layihələndirilməsi, yaradılması və istismarı ilə  məşğul olan mütəxəssislər hazırlayır. İstehsal sahələrinin avtomatlaşdırılması, kompüter və informasiya texnologiyaları, idarəetmə nəzəriyyəsi, mikroprosessor texnikası, proqramlaşdırılabilən məntiqi kontroller, SCADA, elektronika, ölçmə texnikası, instrumental cihazların layihələndirilməsi müxtəlif sahələrdə əldə edilmiş nailiyyətlərdə istifadə edilir. Proseslərin avtomatlaşdırılması mühəndisliyi mühəndislik və informasiyanın idarə olunmasının birləşməsindən ibarət elm sahəsidir. Belə ki, müxtəlif sistemlər hər istiqamətdə: istehsal xərci, məhsulların keyfiyyəti, iş təhkükəsizliyi, ətraf mühit və bazar tələblərinə cavab eləcə də sənaye inzibatçılığı və idarəçiliyi kimi effektiv işləyə bilər. Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisası üzrə təhsilini başa vurmuş tələbələr avtomatlaşdırılmış sistemlərin idarəsi mühəndisliyi, avtomatlaşdırılmış sistemlərin konstruktoru, istehsal proseslərinin mexanikləşdirməsi və optimallaşdırılması mühəndisliyi, proqramçı, avtomatlaşdırılmış idarə sistemlərini işləyib-hazırlayan və s. kimi vəzifələrdə çalışa bilər.

İxtisasın  tarixi

  Avtomatlaşdırma termini ilk dəfə 1946-cı ildə avtomobil sənayesində mexanikləşdirilmiş istehsal xətlərinin və avtomat qurğuların idarəsində işlənmişdir. Bu termin Ford Avtomobil şirkətinin mühəndisi olan D.S. Harder ilə bağlıdır.  

Bu ixtisas sahibi nə işlə məşğul olur? (iş öhdəlikləri)

➝ Dizayn;
➝ Proqramlaşdırma;
➝ Simulyasiya;
➝ Texniki cihazların modelləşdirilməsi və hesablanması üçün tətbiqetmə proqramlarında işləmək;
➝ Avtomatlaşdırmış maşın və prosesləri test edərək işlərini yekunlaşdırmalı;
➝ Mürəkkəb elektron və elektromexaniki sistemlərin təhlili və sintezi üçün hesablama sxemlərinin tərtib edilməsi;
➝ Konstruktor sənədlərini (çertyoj) hazırlamalı;
➝ Avtomatlaşdırılmış sistemlərin proqram kompleksini layihələşdirməli;
➝ Vəsait və məhsulun sertifikatlaşdırılmasını aparmalı;
➝ Texniki obyektlərin tədqiqatı, dizaynı, istehsalı və istismarı mərhələlərində ekoloji təhlükə dərəcəsinin və insan istehsal fəaliyyətinin təhlükəsinin təhlili və qiymətləndirilməsi;
➝ İlkin dizayn və texniki layihələrin, işçi rəsmlərin nəzərdən keçirilməsində, həmçinin quraşdırma, sınaq, avtomatlaşdırma və mexanizasiyanın tənzimlənməsi, monitorinqdə iştirak;
➝ İstehsalın avtomatlaşdırılması və mexanizasiyası, avtomatlaşdırma və mexanizasiyanın (alətlər, qurğular, avadanlıqlar və s.) alınması üçün ərizələrin hazırlanması tədbirlərinin səmərəliliyinin qiymətləndirilməsi;
➝ Tətbiq olunan avtomatlaşdırma və mexanizasiya vasitələrinin səmərəliliyinin təhlili, aşkar edilmiş çatışmazlıqların, nasazlıqların aradan qaldırılması üçün təkliflərin hazırlanması, satış sonrası xidmət, zəmanət və zəmanət sonrası təmir, istehlak materiallarının dəyişdirilməsi və s.

Harada bu ixtisasa sahiblənmək olar?

  • ➝ Azərbaycan Dövlət Neft və Sənaye Universiteti
  • ➝ Azərbaycan Dövlət Aqrar Universiteti (Gəncə şəhəri)
  • ➝ Azərbaycan Memarlıq və İnşaat Universiteti
  • ➝ Azərbaycan Texniki Universiteti 
  • ➝ Azərbaycan Texnologiya Universiteti (Gəncə şəhəri) 
  • ➝ Bakı Ali Neft Məktəbi 
  • ➝ Bakı Mühəndislik Universiteti 
  • ➝ Sumqayıt Dövlət Universiteti
  • → Milli Aviasiya Akademiyası

Bu ixtisas üzrə harada çalışmaq olar?

   Məzunlar həm dövlət, həm də özəl sektorda çalışa bilərlər.

➝ Sənaye məhsulları, avtomatlaşdırma sistemləri yaradan şirkətlər (ABB, Emerson, Avandsis Group, Schneider Electric, Rockwell Automation, NOC&A və s.);
➝ Sənaye məhsulları istifadə edən şirkətlər (SOCAR, BP və kağız sənayesi, avtomobil sənayesi, qida və kənd təsərrüfatı sənayesi);
➝ Bina və fərdi evlərin avtomatlaşdırılması kimi qeyri-sənaye sektoru.

Bu ixtisas üzrə lazım olan bilik və bacarıqlar (kompetensiyalar) 

➝ Kompüterdə proqramlaşdırma və proqram təminatının yaradılması bacarığı;
➝ Yaradıcı düşüncə və detallara yönəlməli;
➝ Problemi ətraflı analiz etmə qabiliyyəti formalaşdırmalı;
➝ Peşəkarlıq;
➝ Komandanın digər üzvləri ilə yaxşı ünsiyyət və liderlik bacarığı;
➝ Layihənin idarə olunması;
➝ Tənqidi düşünmə bacarığı;
➝ Detallara diqqət yetirməyi bacarmaq;
➝ Texnoloji dəyişiklikləri və texniki yenilikləri mənimsəməyi bacarmaq;
➝ Riyazi və arifmetik bacarıqlar;
➝ Texniki bacarıqlar;
➝ Analitik düşüncə;
➝ Süni intellekt;
➝ Əl çevikliyi.

İxtisasın gələcəyi

  Təlim prosesində universitetlər, fəaliyyəti dizayn və tədqiqat üçün innovativ proqram vasitələrinin inkişafı ilə əlaqəli olan mütəxəssislər hazırlayır. Gələcək məzunların vəzifələri istehsal proseslərinin avtomatlaşdırılması üçün yeni idarəetmə sistemlərinin və proqramlarının işlənib hazırlanmasını da əhatə edəcəkdir. 

Əmək haqqı

    Bu ixtisas üzrə başlanğıc əmək haqqı 700 AZN və şirkətlərə əsasən dəyişir.