Radiotexnika və telekommunikasiya mühəndisliyi ixtisası

Radiotexnika və telekommunikasiya mühəndisliyi ixtisası

Radiotexnika və telekommunikasiya mühəndisliyi ixtisası

İxtisasın  təsviri

  Radiotexnika və telekommunikasiya mühəndisliyi ixtisası özündə iki sahəni: radiotexnika və telekommunikasiya mühəndisliyini ehtiva etməkdədir. Radiotexnika mühəndisliyi, radiotexnika radio dalğaları və elektromaqnit dalğalarının yaradılması, gücləndirilməsi, dönüşümü, ötürülməsi və qəbulu ilə məşğul olmaqdadır. Telekommunikasiya isə verilənlərin kabel, peyk və telefon xətti kimi müxtəlif vasitələrlə bir yerdən başqa yerə ötürülməsini təmin edir.

İxtisasın  tarixi

   Bir sahə olaraq radiotexnika və telekommunikasiyanın əsası teleqrafların, fonoqrafların, telefonların, radio və televiziyanın yaranması ilə qoyulub və  internet anlayışının ortaya çıxması ilə birlikdə özünün ən pik mərhələsinə qədəm qoymaqdadır.

Bu ixtisas sahibi nə işlə məşğul olur? (iş öhdəlikləri) 

  • ➝ Rabitənin kəsintisiz verilməsini təmin etmək;
  • ➝ Telekommunikasiya və transmissiya avadanlıqlarına nəzarət etmək;
  • ➝ Mövcud rabitə və telekommunikasiya sistemlərinin çatışmazlıqlarını müəyyənləşdirmək;
  • ➝ Mövcud rabitə və telekommunikasiya sistemlərinin çatışmazlıqlarının aradan qaldırılmasına xidmət etmək və s.

Harada bu ixtisasa sahiblənmək olar?

  • → Azərbaycan Dövlət Neft və Sənaye Universiteti
  • → Azərbaycan Texniki Universiteti
  • → Bakı Mühəndislik Universiteti
  • → Milli Aviasiya Akademiyası
  • → Azərbaycan Texnologiya Universiteti (Gəncə şəhəri)
  • → Xəzər Universiteti

Bu ixtisas üzrə harada çalışmaq olar?

Bu ixtisasa yiyələnmiş şəxslər:

  • ➝ Rabitə, Nəqliyyat və Yüksək Texnologiyalar Nazirliyi;
  • ➝ Bakcell, Azərcell, Nar mobile;
  • ➝ AzTelekom;
  • ➝ Rabitə vasitələrinin istehsalı və satışı ilə məşğul şirkətlərdə və s. çalışa bilərlər.

Bu ixtisas üzrə lazım olan bilik və bacarıqlar (kompetensiyalar)

  • ➝ Riyaziyyat və fizika bilikləri;
  • ➝ Bu sahəyə qarşı maraqlı və həvəsli olmaq;
  • ➝ Şəbəkə və kommunikasiya sistemləri haqqında dərin biliklər;
  • ➝ Komandada işləyə bilmək bacarığı;
  • ➝ Kreativlik; 
  • ➝ Təşkilati və idarəetmə bacarıqları;
  • ➝ Stress altında işləməyi bacarmaq.

İxtisasın gələcəyi

 İxtisasın bir çox tətbiq sahələri olduğundan onun gələcəyi də daha çox hansı sahə üzrə ixtisaslaşmadan asılıdır. Belə ki, günümüzdə ən çox gələcək vəd edən sahələr daha çox internetlə, bulud sistemləri ilə bağlı olan sahələrdir. Peşə sahibi karyerasını müasir trendlərə uyğun sahələrdə ixtisaslaşaraq qurarsa, bu sahə üzrə daha yaxşı və geniş iş imkanları əldə edə bilər.

Əmək haqqı 

  İxtisas sahiblərinin bilik və bacarıqlarından, tutduqları vəzifə və işlədikləri şirkətlərdən asılı olaraq məvaciblər aylıq olaraq ortalama  250-2500 AZN aralığında dəyişməkdədir.