Təhsildə sosial-psixoloji xidmət ixtisası

Təhsildə sosial-psixoloji xidmət ixtisası

Təhsildə sosial-psixoloji xidmət ixtisası

İxtisasın təsviri

  Təhsildə sosial-psixoloji xidmət ümumilikdə psixoloji xidmətin bir sahəsi olub təhsil prosesi və onun subyektləri ilə bağlı problemlərin həllinə fokuslanır. Cəmiyyətin inkişafının ən zəruri komponentlərindən biri olan təhsildə psixoloji xidmətin tətbiqinin məqsədə müvafiqliyi hər bir uşağın fərdi xüsusiyyətlərinin, həyata yaradıcı münasibətinin inkişaf etdirilməsi tələbatı ilə müəyyənləşdirilir. Bu peşə təhsil müəssisələrinin daha səmərəli fəaliyyətinin, təhsil alanların psixikasının, hormonik inkişafının təmin olunmasında, eləcə də baş verə biləcək ləngimə, yayınma və pozuntuların qarşısının alınmasında mühüm rol oynayır. İxtisas  “İnsan – insan” kateqoriyasına aiddir. Bu sahədə çalışan psixoloqlar güclü empatiya qurma bacarığın malik olmalı, həmçinin  məsuliyyətli, çalışqan  və səbirli olaraq, öz bilik və bacarıqlarını daim inkişaf etdirməyə, verilən problemlərin qeyri-standart həll yollarını hazırlamağa hazır olmalıdılar. Peşə psixologiya və sosial araşdırmalara maraq göstərənlər üçün uyğundur.

Bu ixtisas sahibi nə işlə məşğul olur? (iş öhdəlikləri) 

  Təhsildə praktik psixoloji xidmətin məqsədlərindən irəli gələn bir sıra mühüm və təxirəsalınmaz vəzifə öhdəlikləri vardır. Praktik psixoloqun ümumi vəzifələri aşağıdakılardır:

  • ➝ Uşaqlarla iş zamanı hər bir yaş dövrünün potensial imkanlarının reallaşdırılmasını təmin etmək;
  • ➝ Uşaqların maraq, qabiliyyət meyil, hiss, münasibət, əyləncə və həyat planlarının gerçəkləşdirilməsi üçün onların fərdi xüsusiyyətlərini inkişaf etdirmək;
  • ➝ Uşaq bağçasında, internatda, məktəbdə və s. uşağın normal inkişafı üçün əlverişli psixoloji mühit yaratmaq, yaşlılar və yaşıdları ilə məhsuldar ünsiyyət üçün şərait yaratmaq;
  • ➝ Uşaqlarla yanaşı, müəllimlərə, valideynlərə,tərbiyəçilərə vaxtında psixoloji yardım göstərmək.

Məktəb psixoloqunun konkret vəzifələri aşağıdakılardır:

  • ➝ Şagird şəxsiyyətinin və sinif kollektivinin öyrənilməsi;
  • ➝ Uşaqların məktəb adaptasiyasının təhlili;
  • ➝ Uşağın yaşlılar və yaşıdları ilə qarşılıqlı münasibətlərinin öyrənilməsi;
  • ➝ Profilaktik və korreksiyaedici işin təşkili üçün diaqnostik metodikalar paketinin seçilməsi;
  • ➝ Şagirdlərin maraq, meyil və qabiliyyətlərini aşkara çıxarmaq və onları inkişaf etdirmək;
  • ➝ Psixoloji yardıma ehtiyacı olan uşaqlara kömək etmək.

Harada bu ixtisasa sahiblənmək olar?

  • ➝ Azərbaycan Dövlət Pedaqoji Universiteti
  • ➝ Azərbaycan Dövlət Pedaqoji Universiteti( Quba,Şəki, Şamaxı, Ağcabədi filialları)
  • → Azərbaycan Dillər Universiteti
  • → Azərbaycan Universiteti
  • ➝ Bakı Dövlət Universiteti
  • ➝ Bakı Dövlət Universiteti (Qazax filialı)
  • ➝ Bakı Qızlar Universiteti
  • ➝ Bakı Slavyan Universiteti
  • ➝ Gəncə Dövlət Universiteti
  • ➝ Lənkəran Dövlət Universiteti
  • ➝ Naxçıvan Müəllimlər Universiteti
  • ➝ Odlar Yurdu Universiteti
  • ➝ Sumqayıt Dövlət Universiteti

Bu ixtisas üzrə harada çalışmaq olar?

  • ➝ Məktəblərdə;
  • ➝ Bağçalarda;
  • ➝ Təhsil Nazirliyində;
  • ➝ Reabilitasiya mərkəzlərində;
  • ➝ İxtisasa üzrə özəl sektorda;
  • ➝ Penitensiar müəssisələrdə;
  • ➝ Uşaq psixoloqu kimi;
  • ➝ Universitetlərdə (magistr təhsili alaraq universitetlərdə tədris fəaliyyəti ilə  məşğul olaraq);
  • ➝ Bu sahə üzrə özünü inkişaf etdirərək təlimçi kimi.

Bu ixtisas üzrə lazım olan bilik və  bacarıqlar (kompetensiyalar)

  • ➝ İnsanlarla ünsiyyət bacarığı;
  • ➝ Empatiya bacarığı;
  • ➝ Səbirli olmaq;
  • ➝ Daim özünü inkişaf etdirmək;
  • ➝ İnsan (xüsusən uşaq) psixologiyasına bələd olmaq;
  • ➝ Təqdimat bacarıqlarına malik olmaq;
  • ➝ Dinləmə bacarığı;
  • ➝ Psixoloji korreksiya sahəsindəki yenilikləri daim izləmək;
  • ➝ Müşahidə qabiliyyəti;
  • ➝ Analiz etmə bacarığı;
  • ➝ Mübahisə psixologiyasına bələd olmaq (konfliktologiya);
  • ➝ Müəllim-şagird-valideyn üçbucağında empatiya qurmağı bacarmaq;
  • ➝ Analitik düşüncəyə malik olmaq;
  • ➝ Qeyri-standart vəziyyətlərdə qərar qəbul etmək bacarığı;
  • ➝ Pozitivlik.

İxtisasın gələcəyi

  Bu sahə hal-hazırda inkişaf etməkdədir. Xarici ekspertlərlə əməkdaşlıq yaradılır və iş  imkanları baxımından da avantajlıdır. Bir çox təhsil qurumlarında bu sahəyə tələb mövcuddur.

Əmək haqqı

   Bu sahə üzrə məvaciblər məktəblərdə 250 AZN-dən başlayır. Özəl sektorda  isə əmək haqqı daha yüksəkdir: təxminən 3000-5000 AZN aralığındadır.