Fakültənin adı: “Ekspertiza və standartlaşma” (əvvəlki Əmtəəşünaslıq)
İxtisasın adı: “Istehlak mallarının ekspertizası və marketinqi”
Öncəliklə, ixtisasın adını təhlil etsək, əslində bizə hər şey aydın olacaq. İstehlak malları dedikdə, buraya həm ərzaq malları, həm də qeyri-ərzaq malları (mebel, elektirik avadanlıqları, müxtəlif əşyalar, yeməkxana malları , geyimlər və s.) aiddir. Ekspertiza, məhsulların orqnoleptiki (hiss üzvlərimiz vasitəsilə, toxunma, görmə, dadbilmə, iybilmə), fiziki, kimyəvi, fiziki-kimyəvi üsullarla analiz etməklə kəmiyyət və keyfiyyət qiymətləndirməsini aparmaqdan ibarətdir. Burada marketinq -məhsulun bazar mövgeyni araşdırmaq, rəqabət qabiliyyətliliyini artırmaq üçün metodların seçilməsi, tələb və xərclərin araşdırılması və səmərəliliyinin seçilməsindən ibarətdir. Sadalananları ümumiləşdirsək, “İstehlak mallarınının ekspertizası və marketinqi”-malların istehsalı, tədarükü, saxlanması, daşınması, qablaşdırılması, markalanması zamanı məhsulun keyfiyyətinin qiymətləndirilməsi, xammalın və hazır məhsulun ekspertizası, saxlanma və daşınma zamanı məhsulun keyfiyyətinə təsir edəcək halların öyrənilməsidir. Həmçinin, məhsulun normativ-texniki sənədlərin tələblərinə cavab verməsi, standartlaşma şərtləri öyrənilir.
“Istehlak mallarının ekspertizası və marketinqi” ixtisası elə bir ixtisasdır ki,gələcək həyatda hər zaman lazimli, faydalı ixtisasdır. Qidalar və qidalanma, ətriyyat kosmetika mallari onların düzgün seçimi, keyfiyyətli məhsulun, aşağı keyfiyyətli məhsuldan fərqi, xəz – dəri mallarının təbiiyinin öyrənilməsi, süni və təbii lifdən hazırlanan geyimlərin fərqi və insan orqanizimə təsirləri, yuyucu vasitələrinin-şampunların, diş pastalarının, sintetik yuyucu vasitələrin insan orqanizminə təsirləri, məişət texnika avadanlıqlarının düzgün seçimi və s. işlərdə bu sahədə alınan təhsil sizə fayda gətirəcəkdir.
Bu sahədə uğurlu olaq üçün ixtisasa sevərək yanaşmaq lazımdır, hər hansı bir ərzaq marketi və ya məişət avadanlıqları mağazalarında kiçik araşdırmalar etmək, bazarın tələbləri ilə taniş olmaq, müxtəlif seminarlara, təlimlərə qatılmaq və təcrübə proqramlarına müraciət etmək lazımdır.Qeyd edim ki, bunları tələbə vaxtı etmək lazımdır.Günün tələbləini də nəzərə alsaq, xarici dil və kompuyter biliklərinizi gücləndirsəniz, karyeranızda yardımçı olacaq.
Bu sahədə daha yüksək bilik və bacarıq əldə etmək üçün daima öz üzərinizdə çalışmanız lazımdır. Universitet dərsləri ilə kifayətlənməmək! Magistraturanı xaricdə davam etdirsəniz, karyeranıza yardımçı olacaq. Magistraturada ixtisas seçimində isə eyniylə “İstehlak mallarının ekspertizası və marketinqi” kimi seçsəniz, bu artıq şablon olacaq və hər hansı bir müsahibədə bilik dairəniz yanlız bir istiqamətdə özünü brüzə verəcək. Lakin bu ixtisasa yaxın olan ixtisasları seçsəniz, hər tərəfli bilikli olacaqsınız.
Bir çox faktları nəzərə alsaq, xaricdə təhsil bütün sahələrdə uğur qazanmaqda yardımçı olur. Sirf bu ixtisas elə də önəmli deyil. Lakin bu sahəyə yaxın “Marketinq” ixtisası üzrə xaricdə təhsil daha məqsədəuyğundur.
Karyera planlamasını universitetin ilk illərində planlamaq lazımdır. Çoxlu təcrübə proqramlarına qoşulub, bilikərinizi praktikada həyata keçirmək, daha sonra özəl və ya dövlət sektoru üzrə tələbləri araşdırıb, qərar verməlisiniz.
Bu sahə üzrə istər özəl, istərsə də dövlət müəssisələrində çalışmaq olar. Qida sektoruna aid bütün özəl müəssisələrdə uyğun vakant yerlərdə, əsasən, laboratoriya mütəxəssisi üzrə çalışa bilərlər. Qeyri – qida sahələrində də həmçinin. Dövlət sektorunda isə Dövlət qulluğuna qəbulla aparılır.Müxtəlif Nazirliklərın, agentliklərin (Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi və onun tabeliyində olan Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu public hüquqi şəxs) uyğun vakansiyalarında bu sahəyə tələb yaranır. Dövlət qulluğunun xüsusi növlərində isə Gömrük orqanı, Ədliyyə orqanında Məhkəmə ekspertizası üzrə çalışmaq mümkündür.
Cəfərova Gülbahar.
Front end developer üzrə mütəxəssis