Layihə barədə

Hər kəs öz yerini tapsa həyatda,
Sanki, xəzinə var başının altda.

M.Şəhriyar.

Hər birimiz uşaq ikən gələcəkdə kim olacağımız haqqında xəyallar qurub, valideynlərimizlə, dostlarımızla bunu bölüşmüşük. Amma artıq böyümüşük və ciddi qərar vermək vaxtı yaxınlaşıb.

Qloballaşan, sürətlə hərəkətdə olan dünyamızda peşələrin çox olması, hər gün daha da artması və rəngarəngliyi bizim qərar qəbul etməyizi çətinləşdirir. Düzgün ixtisas seçimi insanın peşəkar həyatının vəsiqəsidir və  gələcəkdə quracağı karyerası, hətta bütün həyatı bu seçimdən asılıdır.

Hərdən qərar vermək istəsək belə haradan və necə başlamaq lazım olduğunu bilmirik. Bu seçim zamanı nələrin əsas olduğunu, hansı məsələlərə daha çox diqqət etmək, yalnış qərar verməmək üçün nə etmək lazım olduğunu bilmirik. Lakin bunlar hamısı artıq keçmişdədir, çünki artıq biz varıq – İxtisas.az komandası. Biz sizə qarşılaşdığınız bu suallara cavab tapmaqda bələdçiniz olacağıq!

Bizim İxtisas.az– ın əsas məqsədi siz abituriyentlərə təyin edilən  ixtisaslar barədə dolğun məlumat verərək daha şüurlu ixtisas seçimi etməkdə dəstək olmaqdır.

İxtisas.az layihəsinin ilkin ideya müəllifləri olan HULT yarışmasının First Step komandasına təşəkkürümüzü bildiririk: Aytac Əhmədli, Məmmədəli Şahbazov, Ramazan Süleymanov, Cavid Qasımov

 

Bizim portal sizə aşağıdakı fəaliyyət istiqamətlərini təklif edir :

İxtisaslar haqqında məlumat

 

Konsultasiya xidməti 

  • Bu bölmədə siz müəyyən edilmiş  ixtisaslar üzrə aşağıdakı informasiyaları dolğun şəkildə ala biləcəksiniz:
  • İxtisasın qısa təsviri
  • İxtisasın tarixi
  • İxtisasa sahib olmaq üçün lazımı bacarıqlar
  • Bu ixtisas üzrə iş imkanları
  • Harada bu ixtisasa sahiblənmək olar ?
  • İxtisas üzrə iş öhdəlikləri
  • İxtisasın gələcək dövr üçün bizə nə vəd etdiyi ?
  • Peşəkarlarla iş imkanları barədə videomüsahibələr
  • Peşəkarların ixtisas barədə fikirlərini qələmə aldığı məqalələr
 

Hər hansı bir problemin həllində göstərilən peşəkar yardıma konsultasiya deyilir. Siz bizim konsultasiya xidmətimiz ilə “Gələcəyə doğru addım” atacaq, peşəkar mütəxəssislərin məsləhəti və təcrübəsi ilə yolunuzu düzgün istiqamətləndirəcəksiniz.

Bu xidmətimiz  2 istiqamətdə olacaqdır :

  • Canlı konsultasiyalar – siz qeyd edilən məkana gələrək ixtisaslar haqda canlı fikir mübadiləsi apara bilər, ixtisas seçiminizlə bağlı tövsiyyələr ala bilərsiniz.
  • Online konsultasiya – Bakıda yaşamırsınızsa və ya canlı görüşə gəlmək imkanınız yoxdursa, onda bizim mütəxəssislərlə online konsultasiyaya yazılırsınız və sizi maraqlandıran suallara cavab tapırsınız.

 

Peşə seçimi testləri

 

Mentorluq

Peşə seçimi testləri insanların arzuladıqları ixtisaslara uyğunluq dərəcəsini müəyyən edir. Bu bölmədə siz bacarıqlarınızın, düşüncə tərzinizin hansı kateqoriya ixtisaslara daha uyğun olacağını birlikdə öyrənib, onlardan necə səmərəli istifadə edəcəyiniz haqqında məlumatları əldə edəcəksiniz.

 

Sizə maraqlı olan ixtisaslar üzrə əlavə məlumatlar və suallarınıza cavab əldə etmək üçün həmin sahələrdə təhsil almış və ya çalışan şəxslərlə əlaqə saxlayaraq onların fikirlərini birbaşa öyrənə bilərsiniz.