Bağçılıq peşəsinin çox qədim kökləri var. İnsan mədəni bağlar yaratmağa başladığı vaxtdan bəri, bunu başqalarından daha yaxşı etməyi bilən insanlar fərqlənirdi. Meyvə və giləmeyvə ağaclarının ən yaxşı növlərini seçirdilər, kompakt şəkildə əkirdilər və qayğı göstərirdilər. Hazırda bağçılıq və tərəvəzçilik ixtisası “Kənd Təsərrüfatı İxtisasları” qrupunda yer alan 11 ixtisasdan biridir. İxtisasın məqsədi tələbələrə bitkiçilik, tərəvəzçilik məhsulları istehsalının və keyfiyyətinin ən son innovasiya texnologiyaları ilə artırılması istiqamətində lazım olan bilik və bacarıqları təqdim etməklə, bu sahədə ixtisaslı kadr yetişdirməkdir. Biologiya ilə maraqlananlar üçün uyğun sahədir.
İxtisasın tarixi
Azərbaycanda bağçılıq –tərəvəzçilik ixtisasının daxil olduğu ən böyük kafedranın əsası 1931-ci ildə Azərbaycan Dövlət Aqrar Universitetində qoyulub. Kafedra 2012-ci ilə qədər müxtəlif adlarla fəaliyyət göstərmişdir. 2012-ci ildən isə Bağçılıq kafedrası olaraq fəaliyyətini davam etdirir.
Bu ixtisas sahibi nə işlə məşğul olur? (iş öhdəlikləri)
➝ Toxumların, ağac tinglərinin əkilməsi və qulluğu işlərinin təşkili;
➝ Bitkilərin seçilməsi, ölü və ya zədələnmiş əkinlərin dəyişdirilməsi;
➝ Lazımi vaxtda bitkilərin əkilməsi və transplantasiyası, onlara düzgün qulluq;
➝ Qazonların yaradılması, onların düzgün biçilməsi;
➝ Torpağın, sahənin əkinə hazırlanması;
➝ Məhsuldarlıq üçün uyğun ərazinin seçilməsi;
➝ Torpaqdan nümunələr götürülməsi;
➝ Drenaj işlərinin planlanması;
➝ Kol və ağacların tacınını ərsəyə gətirməsi;
➝ Mineral və üzvi gübrələrlə əkin sahələrinin gübrələnməsi işinin təşkili;
➝ Su nümunələrinin alınması və əkin sahələrinin suvarılmasının planlanması:
➝ Bitkilərin, əkinçilik məhsullarının gəmiricilərdən qorunması üçün dərmanlama işlərinin təşkili;
➝ Yaşıllaşdırma sahəsi hazırlamasının təşkili.
Harada bu ixtisasa sahiblənmək olar?
➝ Azərbaycan Dövlət Aqrar Universitet
Bu ixtisas üzrə harada çalışmaq olar?
➝ Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi;
➝ Aqrar Xidmətlər Agentliyi;
➝ Aqrar sektorda fəaliyyət göstərən özəl şirkətlər.
Bu ixtisas üzrə lazım olan bilik və bacarıqlar (kompetensiyalar)
➝ İxtisas fənlərindən əlavə olaraq, təbiət elmləri üzrə güclü baza ;
➝ İş üçün lazım olan texniki vasitələrdən istifadə edə bilməlidir;
➝ Açıq havada işləməyi, təbiəti sevməlidir;
➝ Kollektivlə və komandada işləməyi bacarmalıdır;
➝ Fiziki dözümlülük;
➝ Estetik zövq və yaradıcı düşüncə;
➝ Yaxşı müşahidə qabiliyyəti;
➝ Məsuliyyətlilik;
İxtisasın gələcəyi
Kənd təsərrüfatının inkişafı bütün ölkələr üçün strateji əhəmiyyət daşıyan məsələrdən biridir. Ölkəmizdə qeyri-neft sektorunun inkişafı fonunda və qida məhsullarında idxal asılılığını azaltmaq məqsədi ilə atılan addımlar bu sahə üzrə bağçılıq və tərəvəzçilik ixtisası da daxil olmaqla bütün istiqamətlərdə ixtisaslı kadrlar üçün geniş imkanlar yaradır.
Əmək haqqı
İxtisas üzrə əmək haqqları namizədin sahə üzrə bilik və bacarıqları, təcrübə və vəzifə öhdəlikləri , çalışdığı sahə və qurumdan asılı olaraq dəyişir. Məvacib aralığı ümumi olaraq aşağıdakı məbləğdədir:
300-800 AZN
Bu əməliyyatı etmək üçün hesabınıza daxil olmalısız.
Saytda istifadəçi olaraq qeydiyyatdan keçmisinizsə, hesabınıza daxil ola bilərsiniz, əks halda istifadəçi olaraq qeydiyyatdan keçməyiniz tövsiyyə olunur.