Bədən tərbiyəsi və idmanda reabilitasiya ixtisası

Bədən tərbiyəsi və idmanda reabilitasiya ixtisası

Bədən tərbiyəsi və idmanda reabilitasiya ixtisası

İxtisasın təsviri

   Bədən Tərbiyəsi və İdmanda Reabilitasiya üzrə mütəxəssis bilavsitə həkimlərlə (idman həkimi, həkim-travmatoloq-ortoped,həkim-nevropatoloq, həkim-neyrocərrah, həkim-kardioloq, həkim-ürək-damar cərrahı, həkim-fizioterapevt və s.) sıx əməkdaşlıq edir, idmançılara, xəstəlik və ya travmadan əziyyət çəkən şəxslərə kömək edir və onların fəaliyyətini və həyat keyfiyyətini yaxşılaşdırmaq məqsədilə reabilitasiya xidməti göstərir.

İxtisasın tarixi

  Hazırda ixtisasın tədris edildiyi Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının əsasının qoyulma tarixi 8 noyabr 1930-cu ilə təsadüf edir. Həmin gün M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının indiki binasında Zaqafqaziya Dövlət Cismani Mədəniyyət İnstitutunun təntənəli açılışı həyata keçirilmişdir.1936-cı ildən bu ali məktəb Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutu adlandırıldı.1999-cu ildən  isə fəaliyyətini Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası olaraq davam etdirir.

Bu ixtisas sahibi nə işlə məşğul olur?(iş öhdəlikləri)

  • ➝ Zədə almış idmançıları müayinə edərək, diaqnoz qoymaq;
  • ➝ Müalicə planı hazırlamaq;
  • ➝ Fizioloji dəyişikliklərin aradan qaldırılması üçün müalicə etmək və onları aradan qaldırmaq.

Harada bu ixtisasa sahiblənmək olar?

  • ➝ Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası 

Bu ixtisas üzrə harada çalışmaq olar?

  • ➝ İdman federasiyaları;
  • ➝ İdman məktəbləri;
  • ➝ Reabilitasiya mərkəzləri;
  • ➝ Bədən tərbiyəsi və idman dispanserlərində və digər müəssisələrdə fizioterapevtin köməkçisi və ya fiziki reabilitasiya üzrə təlimatçı qismində bu kimi fəaliyyət sahələrinə.
  • ➝ Bədən tərbiyəsi və idman ixtisası üzrə bakalavr səviyyəsini bitirən məzunlar ümumi təhsil pilləsində müvafiq olaraq fiziki tərbiyə fənnini tədris edə bilər.

Bu ixtisas üzrə lazım olan bilik və bacarıqlar (kompetensiyalar)

  • ➝ Tibbi biliklər;
  • ➝ Anatomiya və fiziologiyaya maraq;
  • ➝ Bu sahəyə yiyələnmək üçün lazım gələn sağlamlıq və fizioloji tələblərə uyğunluq;
  • ➝ İdman sahəsinə maraq;
  • ➝ Detallara qarşı diqqətlilik;
  • ➝ Səbirli olmaq və insanlarla empatiya qurmağı bacarmaq.

İxtisasın gələcəyi

  Müasir insanın həyat tərzi onun fiziki cəhətdən zəifləməsinə və hərəkətsizlik müddətinin azalmasına səbəb olur və bu zaman insan orqanizmində bir sıra problemlər yaranır ki, bu da ixtisas sahiblərinə olan tələbatı artırır.

Əmək haqqı

 Bu ixtisas üzrə məvaciblər qazanılmış bilik və bacarıqlardan, vəzifədən asılı olaraq 600-2000 AZN arasında dəyişməkdədir.