Bəstəkarlıq ixtisası

Bəstəkarlıq ixtisası

Bəstəkarlıq ixtisası

İxtisasın təsviri

Nəzəriyyə fakültəsinə aid olan ixtisaslardan biridir.

Bəstəkar — musiqi əsərlərinin yaradıcısıdır. Musiqini, adətən, musiqi nəzəriyyəsinə əsasən yazırlar. Bəstəkarın musiqiçidən fərqi ondadır ki, o musiqini bəstələyir, musiqiçi isə onu ifadə edir. Bəstələmə prosesinin nəticəsi kimi notalar şəklində yazılmış musiqi əldə edilir. Notaların tərtibi əl ilə və ya kompüterlə yerinə yetirilə bilər. Bəstəkarın yaratdığı musiqi əsəri ifaçılar (müğənnilər, çalğıçılar) tərəfindən səsləndirilirlər. Musiqi bəstələmək mürəkkəb peşə olub böyük bilik və istedad tələb edir. Buna görə bəstəkarın harmonika, polifoniya, orkestrləmə, musiqi formaları, hər hansı bir musiqi alətində çalmağı bacarmaq (pianinoya üstünlük verilir) kimi keyfiyyətlərə malik olması vacibdir. Qədimdə bəstəkarlardan bir neçə musiqi alətində çalmaq tələb olunurdu. Çox vaxt onlar skripkada çalırdılar (məsələn Korelli). İmprovizasiya qabiliyəti də yaradıcılıq prosesinə çox təsir edən amildir. Müxtəlif janrlarda işləmək üçün bəstəkarlıq texnikasına yiyələnmək lazımdır. Bu ixtisas sahibi əsərlərin düzgün yazılması və qurulması ilə məşğul olur. 

İxtisasın tarixi

 Keçmişdə bəstəkarlıq dərsləri yalnız fərdi olurdu, aristokrat ailələlər uşaqlarını musiqiyə qoyurdular. Həmin ailələrdən görkəmli bəstəkarlar: Mozart, Bethoven və s ortaya çıxmışdır. Sonralar musiqi üçün ali təhsil ocaqları yaranır və ifaçılıqla yanaşı nəzəriyyə, bəstəkarlıq dərsləri də ixtisas kimi keçirilir. Ölkəmizdə bu sahənin əsasə Üzeyir Hacıbəyli tərəfindən qoyulub.

Bu ixtisas sahibi nə işlə məşğul olur? (iş öhdəlikləri)

  • ➝ Mahnıların düzgün bəstələnməsi;
  • ➝ Əsərlərin qurulması;
  • ➝ Mahnıların aranjiman edilməsi;
  • ➝ Sahədən asılı olaraq ( televiziya, radio, film, studio) üçün musiqilərin yazılması,hazırlanması;
  • ➝ Məlumatların toplanması və işlənməsi;
  • ➝ Materialların hazırlanması, həmçinin annotasiyalar, icmallar, məqalələr, toplular, ensiklopediyalar, dərsliklər, tədris vəsaitlərinin tərtib edilməsi;
  • ➝ Mövzuların seçimi, mühazirələrin, konsertlərin təşkili və keçirilməsi;
  • ➝ Musiqi tənqidi, məsləhət işləri;
  • ➝ Filarmoniyalarda və digər mədəniyyət və incəsənət qurumlarında repertuarın formalaşdırılması;
  • ➝ Pedaqoji və tədqiqat fəaliyyəti;
  • ➝ Gənc nəslin sənətə cəlb edilməsinə yönəlmiş musiqinin üstünlüklərinin təbliği;
  • ➝ Peşəkar olaraq musiqi tənqidçisi kimi.

Harada bu ixtisasa sahiblənmək olar? 

  • ➝ Azərbaycan Milli Konservatoriyası
  • ➝ Bakı Musiqi Akademiyası
  • ➝ Naxçıvan Dövlət Universiteti

Bu ixtisas üzrə harada çalışmaq olar?

  • ➝ Bakı Musiqi Akademiyasında ( pedaqoji fəaliyyət, tədqiqat və.s üzrə) 
  • ➝ Musiqi studiyalarında
  • ➝ Televiziya və radio sahəsində
  • ➝ Filarmoniyada
  • ➝ Özəl və dövlət məktəblərində
  • ➝ Universitetlərdə, musiqi konservatoriya və akademiyalarında
  • ➝ Film , reklam, teatr sahəsində
  • ➝ Fərdi şəkildə yaradıcılıq və ya pedaqoji tədrislə
  • ➝  Bəstəkarlıq ixtisası üzrə bakalavr səviyyəsini bitirən məzunlar ümumi təhsil pilləsində müvafiq olaraq musiqi fənnini tədris edə bilər.

Bu ixtisas üzrə lazım olan bacarıqlar (kompetensiyalar)

  • ➝ Əsərlərin quruluşu və formaları haqqında məlumatlara sahib olmaq; 
  • ➝ Pedoqoji bacarıqlarının olması;
  • ➝ Musiqi duyumunun olması;
  • ➝ Piano çalmağı bilmək; 
  • ➝ Alətşünaslıq;
  • ➝ Orkestrləşdirmə;
  • ➝ İmprovizasiya etmək bacarığı; 
  • ➝ Harmonika;
  • ➝ Polifoniya;
  • ➝ Musiqi tarixinin tarixi və nəzəriyyəsi.
  • ➝ Tədrisin əsasları üzrə biliklər;
  • ➝ Musiqi psixologiyası;
  • ➝ Musiqi sənəti sahəsində menecment və marketinq bilikləri;
  • ➝ Musiqi formalarını dərindən bilmək;
  • ➝ Azərbaycan ladlarını bilmək;
  • ➝ Xalq musiqi əsaslarını bilmək;
  • ➝ Xor musiqisinin əsaslarını bilmək;
  • ➝ Müasir musiqini bilmək;
  • ➝ Təhlil etmək bacarığı;
  • ➝ Məntiqi təfəkkürə sahib olmaq;
  • ➝ Estetik zövqə, ədəbi istedada malik olmaq;
  • ➝ Janrlar haqqında dərin məlumata sahib olmaq.
  • ➝ Musiqi ədəbiyyatını və solfecionu dərindən bilmək;
  • ➝ Musiqi və kompüter texnologiyası barədə məlumatlılıq.

İxtisasın gələcəyi

    Texnologiyanın inkişafı, yeni musiqi janrlarının, üslubların yaranmasına səbəb olsada, sahə yaradıcılıq sahəsi olduğu üçün bu ixtisas üzrə kadrlara ehtiyac gələcəkdə də ehtiyac olacaqdır. Həmçinin sahə üzrə çoxşaxəli iş imkanları da mövcuddur.

Əmək haqqı

    Əmək haqqının səviyyəsi, tutduğu vəzifədən, peşə vəzifələrindən və fərdi fəaliyyətdən, işgüzar əlaqələrin mövcudluğundan asılıdır. Televiziya şoularının və ya filmlərin yaradılmasında iştirak edən musiqişünaslar müəllimlərdən daha yüksək maaş alırlar. Minimum əmək haqqı  400 AZN civarında dəyişir. Bu sahəni bitirən şəxslərin əksəriyyəti özəl və dövlət məktəblərində eləcə də, universitetlərdə müəllim kimi fəaliyyət göstərirlər. Bu istiqamət üzrə məvaciblər isə aşağıdakı kimidir:

  • ➝ Ali təhsilli müəllimlərdə  460-595 AZN; 
  • ➝ Orta təhsilli müəllimlərdə 420-510 AZN. 

Qeyd: Bu rəqəmlər stajdan asılı olaraq dəyişə bilər.