İxtisasın təsviri:
İxtisasın tədris olunduğu müddətdə tələbələrə Müasir dövrdə Yaxın və Orta Şərq ölkələrinin siyasi proseslərdə iştirakı, dünya arenasında baş verən siyasi proseslərə Yaxın və Orta Şərq ölkələrinin təsirindən, xarici siyasətində əlaqələrdə daha çox hansı dünya ölkələrinə üstünlük verməsindən bəhs olunur.
İxtisasın gələcəyi:
Yaxın və Orta Şərq regionu geostrateji əhəmiyyətinə görə tarixin bütün dövrlərində dünya hərbi-siyasi və iqtisadi münasibətlərinin cərəyan etdiyi və diqqət mərkəzində olduğu region olmuşdur. Müasir dövrdə də dünyanın aparıcı dövlətlərinin maraqlarının toqquşduğu region olduğu üçün bu regionun xarici siyasətində böyük ölçüdə aparıcı dövlətlər üstünlük təşkil edir və etməyə də davam edəcək. Bunları nəzərə alaraq ixtisasın gələcəyini perspektivli hesab etmək olar.
Harada bu ixtisasa sahiblənmək olar?
Bakı Dövlət Universiteti