Beynəlxalq münasibətlər və diplomatiya

Beynəlxalq münasibətlər və diplomatiya

Beynəlxalq münasibətlər və diplomatiya

İxtisasın təsviri:

Beynəlxalq münasibətlər və diplomatiya bir-birilə sıx əlaqədədir. Aydındır ki, diplomatiya tarixinin predmeti diplomatiya ilə müəyyən olunur. Lakin, diplomatiyaya dair çoxsaylı ədəbiyyatda, hələlik, hamı tərəfindən qəbul edilən vahid tərif yoxdur. Ona görə də bu qəbildən olan ədəbiyyatda diplomatiyanın tərifinin müəyyənləşdirilməsi xüsusi başlıq kimi ayrılır. Beynəlxalq münasibətlər və diplomatik fəaliyyət zəngin tarixi irs yaradıb.

 

İxtisasın gələcəyi:

Azərbaycanda beynəlxalq münasibətlər və diplomatiya tarixinin öyrənilməsi digər ölkələrdən fərqli inkişaf yolu keçib. Bu sahədə müəyyən işlər görülməsinə baxmayaraq, tədqiqatlar uzun dövr ərzində əvvəla, kompleks xarakterdə olmayıb. Azərbaycanın beynəlxalq münasibətlər sistemindəki fəal rolu və diplomatik əlaqələri problemin tarixinə də marağı genişləndirdi. Artıq bu sahə xüsusi tədqiqat istiqaməti kimi hərtərəfli inkişaf etməkdədir. Məhz bu səbəbdən ixtisasın gələcəyini perspektivli saymaq olar.

 

Harada bu ixtisasa sahiblənmək olar?

Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası

Azərbaycan Dillər Universiteti

Bakı Dövlət Universiteti

Bakı Avrasiya Universiteti

Bakı Slavyan Universiteti

Bakı Mühəndislik Universiteti

Qərbi Kaspi Universiteti

Xəzər Universiteti

Naxçıvan Dövlət Universiteti