Biologiya (Bios – canlı, logos – elm) canlı təbiət haqqında kompleks elmdir. Hal-hazırda Yer üzərində mövcud olan və məhv olmuş külli miqdarda növ müxtəlifliyi, onların quruluşu və funksiyası, mənşəyi, çoxalması və inkişafı, canlı və cansız təbiətlə əlaqəsini öyrənir. Biologiya həyata xas olan ümumi və xüsusi qanunauyğunluqları müəyyən edir. Biologiyanın çoxlu bölmələrinin olmasına baxmayaraq, qanunauyğunluqlar, əsasən, ümumi biologiya tərəfindən tədqiq edilir. Ümumi Biologiya özündə, əsasən, Yer üzərində həyatın əmələ gəlməsi haqqında nəzəriyyəni, Hüceyrə haqqında nəzəriyyəni (Sitologiyanı), molekulyar biologiyanı, insan haqqında nəzəriyyəni, ekologiyanı, genetikanı, biosfer haqqında nəzəriyyəni, təkamül nəzəriyyəsini (Darvinizmi), orqanizmin individual inkişafını öyrənir.Bioloqlar elmi tədqiqat işləri aparır, nəzəriyyələri, konsepsiyaları və metodları təkmilləşdirir və inkişaf etdirir, biologiya, mikrobiologiya, bakteriologiya, sitologiya, genetika, zoologiya, botanika, ekologiya ilə, xüsusilə tibb və kənd təsərrüfatı sahəsində əlaqədar elmi biliklərin praktiki tətbiqi ilə məşğul olurlar.
Canlıların və onların həyatı proseslərinin öyrənilməsi sahəsində bütün fiziki aspektləri ilə məşğul olurlar. Fənlərarası araşdırmalara, elmi biliklər və müxtəlif sahələrə istiqamətlənmiş müasir tendensiya biologiya sahəsinin digər elm fənlər ilə əhəmiyyətli dərəcədə üst-üstə düşməsinə səbəb oldu. Digər sahələrin, məsələn, kimya, tibb və fizikanın müasir prinsipləri biokimya, biotibb və biofizika kimi sahələri biologiya ilə birləşdirilmişdir.Fənlərarası araşdırmalara, elmi biliklər və müxtəlif sahələrə istiqamətlənmiş müasir tendensiya biologiya sahəsinin digər elm fənlər ilə əhəmiyyətli dərəcədə üst-üstə düşməsinə səbəb oldu. Digər sahələrin, məsələn, kimya, tibb və fizikanın müasir prinsipləri biokimya, biotibb və biofizika kimi sahələrdə biologiya ilə birləşdirilmişdir. Kimya və biologiya ilə maraqlananlar üçün uyğun sahədir.
İxtisasın tarixi
Bakı Dövlət Universitetində 1934-cü ildə Biologiya fakültəsi açılmışdır. Həmin ildən BDU-da tədris edilməyə başlanmışdır.
Bu ixtisas sahibi nə işlə məşğul olur? (iş öhdəlikləri)
➝ İnsan, heyvan və bitki nümunələrinin yeniləşdirilməsi və təsnifatı, onların əmələ gəlməsinin, inkişafının, kimyəvi və fiziki formalarının, strukturunun, tərkibinin, həyatının və reproduktiv proseslərin öyrənilməsi yolu ilə həyatın bütün formalarının öyrənilməsi üzrə laboratoriya təcrübələrinin aparılması;
➝ Bakteriyalar və viruslar kimi mikroorqanizmlərin strukturu, inkişafı və xarakteristikası ilə əlaqədar tədqiqat və təcrübələrin aparılması;
➝ İrsi xarakteristikanın əmələ gəlməsi, inkişafı və keçməsi ilə əlaqədar məsələlərin öyrənilməsi və təcrübələrin aparılması;
➝ Canlı aləmin bütün formalarının öyrənilməsi, kənd təsərrüfatı və tibb kimi sahələrdə praktiki tətbiqinin işlənib hazırlanması;
➝ Canlı aləmin strukturu və fəaliyyəti, fiziki və kimyəvi amillərin normal və qeyri-normal hüceyrələrə təsirinin öyrənilməsi və təcrübələrin aparılması;
➝ Profilinə uyğun olaraq hər hansı bir bioloji ehtiyata aid qiymətləndirmələr, müayinələr, biomonitorinq keçirmək;
➝ Bioloji istehsal proseslərinə nəzarət və idarəetmə;
➝ Təbiətin qorunmasına, bioloji ehtiyatların səmərəli istifadəsinə və qorunan, nadir növ bioloji obyektlərin yenilənməsinə yönəlmiş tədbirlərin təşkili və həyata keçirilməsi;
➝ Laboratoriya, sahə bioloji tədqiqatlarının, ekspedisiyaların təşkili və aparılması;
➝ Elmi sənədlərin və hesabatların hazırlanması.
Harada bu ixtisasa sahiblənmək olar?
➝ Bakı Dövlət Universiteti ( tədris Azərbaycan, İngilis dili üzrə)
➝ Gəncə Dövlət Universiteti
➝ Qərbi Kaspi Universiteti
➝ Naxçıvan Dövlət Universiteti
➝ Odlar Yurdu Universiteti
➝ Sumqayıt Dövlət Universiteti
Bu ixtisas üzrə harada çalışmaq olar ?
➝ Farmokologiya (əzaçılıq);
➝ Neft sektorunda-təbiətin mühafizəsi, zəhərli tullantılara qarşı mübarizə sahəsində (magistr);
➝ Biokimya (magistr);
➝ Kənd təsərrüfatı sahələri;
➝ Zavodlar;
➝ Məktəblər ( İxtisas artırmaqla – Azərbaycan Pedoqoji Universiteti,. Bakı Dövlət Universitetlərində müəllimlik ixtisası üzrə təhsil alaraq);
➝ Abituriyent hazırlığı kursları
➝ Laboratoriya .
➝ Biologiya ixtisası üzrə bakalavr səviyyəsini bitirən məzunlar ümumi təhsil pilləsində müvafiq olaraq biologiya fənnini tədris edə bilər.
Bu ixtisas üzrə lazım olan bilik və bacarıqlar (kompetensiyalar)
➝ İKT ( İnformasiya Kommunikasiya Texnologiyaları) bacarıqları;
➝ Yüksək müşahidə qabiliyyəti və diqqətini cəmləşdirmək bacarığı;
➝ Yaradıcılıq qabiliyyəti;
➝ Fiziki dözümlülük;
➝ Tədqiq olunan təbiət obyektlərinə böyük maraq;
İxtisasın gələcəyi
Hazırda gen mühəndisliyi, mikrobiologiya, genetika və s. kimi sahələr inkişaf edir və müasir dövrün ən tələb olunan ixtisaslardır. Bu ixtisaslara yiyələnmək üçün biologiya ixtisası üzrə bakalavr dərəcəsinin olması vacibdir. Bu baxımdan ixtisas perspektivli hesab edilə bilər.
Əmək haqqı
Əmək haqqı ixtisas sahibinin bilik və bacarığından asılı olaraq dəyişir. Ümumi olaraq əmək haqqı aylıq olaraq 300-500 AZN aralığında dəyişir. Yüksək İKT, laboratoriya bacarıqları, dil bilikləri olduğu təqdirdə isə neft sənayəsində, tibb sahəsində, ali tədqiqat sahəsində daha yüksək məvacib almaq 2000-3000 AZN mümkündür.
Bu əməliyyatı etmək üçün hesabınıza daxil olmalısız.
Saytda istifadəçi olaraq qeydiyyatdan keçmisinizsə, hesabınıza daxil ola bilərsiniz, əks halda istifadəçi olaraq qeydiyyatdan keçməyiniz tövsiyyə olunur.