İxtisasın təsviri:
Bu ixtisas ilk öncə tədrisi metodikanı, təlim metodlarını, müxtəlif layihə və sistem əsaslı fənlərin tədris üsullarını öyrədir. Ümumilikdə isə, kursun sonunda metodikanın, kurikulumun, təlim proqramlarının mahiyyətinin, fəlsəfəsi və üsullarını,texnologiyasının öyrənilməsi prosesi durur. Daha spesifik yanaşdıqda isə, magistratura səviyyəsində bu ixtisasın əsas mahiyyəti biologiyanın təlim və tədris üsullarının, müxtəlif mövzuların hansı üsulla daha yaxşı tədris oluna biləcəyi yollarının öyrənilməsidir. Eyni zamanda, bu magistratura ixtisasından sonra elmi işlər yazılır ki, bu elmi işlərdə də şagirdlər və təhsilverənlər üzərində biologiyanın müxtəlif tədrisi üsullarının hansı effektlər verəcəyini, necə nəticələr əldə olunacağını tətbiq edən araşdırmalar aparılaraq elmi işlərdə qeyd olunur. Magistratura proqramı bu yolla yekunlaşdırılır.
İxtisasın gələcəyi:
Bu pillədən məzun olan tələbələr daha peşəkar müəllim ola bilər, ali məktəblər, özəl məktəblərdə işləyə bilərlər. Çünki bu magistratura proqramlarında ölkəmizlə yanaşı dünyada gedən araşdırmaları da izləyəcək və fənlərin daha müasir, daha təkmil və müxtəlif tədris üsullarının olduğunu görəcək, bu üsulları öyrəndikcə daha peşəkar müəllim olacaqlar. Doktorantura təhsili aldıqları zaman ali məktəblərdə bu fənnin tədrisi ilə yanaşı müxtəlif biologiya və təbiət elmləri ixtisaslarında bu pedoqoji fənlərin tədrisi ilə məşğul ola bilərlər. İxtisasın həm Azərbaycanda, həm də xaricdə gələcəyi var. Bu ixtisas üzrə akademik karyera düşünənlər ali məktəblərdə fəaliyyət göstərməyi özləri üçün məqsəd seçsələr daha yaxşı olar. Bu ixtisasın ölkə üçün faydası ondan ibarətdir ki, biologiya ixtisasının magistratura səviyyəsi təkmilləşdirilən zaman, bu ixtisasda yaxşı müəllim yetişən zaman həm ali məktəblərin təhsil keyfiyyəti, həm də orta məktəblərin təlim-tədris keyfiyyəti artmş olacaqdır.
Universitetlər:
→Azərbaycan Dövlət Pedoqoji Universiteti
→Naxçıvan Dövlət Universiteti
→Sumqayıt Dövlət Universiteti
→Lənkəran Dövlət Universiteti