Biotibbi texnika mühəndisliyi- Tibbi və texniki diaqnostik üsul və cihazlar

Biotibbi texnika mühəndisliyi- Tibbi və texniki diaqnostik üsul və cihazlar

Biotibbi texnika mühəndisliyi- Tibbi və texniki diaqnostik üsul və cihazlar

İxtisasın təsviri:

  Tibbi və texniki diaqnostik üsul və cihazlar ixtisası oftalmoskoplar, stetoskop, otoskop, elektrokardioqraf kimi diaqnostik tibbi avadanlıq və ləvazimatların xəstəxana işçilərinə xəstənin sağlamlığının müxtəlif aspektlərini ölçməyə və müşahidə etməyə kömək etməyinə şərait yaradan sahədir. Diaqnostik tibbi avadanlıqlar yetkin və pediatriya üçün ambulator yardım mərkəzlərində, təcili yardım otaqlarında, eləcə də stasionar xəstəxana otaqlarında və reanimasiya şöbələrində tapılır. Tibbi və texniki diaqnostik üsul və cihazlar mütəxəssisi, adətən, tibbi avadanlıqların yaxşı təmir olunmasını, düzgün şəkildə konfiqurasiya edilməsini və təhlükəsiz işləməsini təmin edən bir elektro-mexaniki texnik və ya texnoloqdur. İxtisas sahibləri tibbi standartlara riayət etməklə yanaşı ixtisaslaşmış vəzifə və rolları yerinə yetirmək üçün biotibbi avadanlıqları və dəstək sistemlərini quraşdırır, yoxlayır, saxlayır, təmir edir, kalibr edir, dəyişdirir və dizayn edirlər. Mütəxəssislər iş nəzəriyyəsi, fizioloji prinsiplər və müəssisənin xəstələrə qulluq və tibbi heyət avadanlıqlarını qoruyan bitibbi cihazların təhlükəsiz klinik tətbiqi ilə bağlı təlimlər və məsləhət verir. 


İxtisasın gələcəyi:

  Tibb və texnologiya kimi iki tələbatlı sahəni əhatə edən tibbi və texniki diaqnostik üsul və cihazlar ixtisası xəstəxana və klinikalar üçün hər zaman ehtiyac duyulan sahə kimi qalacaqdır.

 

Universitet:

→Azərbaycan Texniki Universiteti