İxtisasın təsviri
Bank - əsas fəaliyyəti pul vəsaitlərinin cəlb edilməsi və yerləşdirilməsindən, habelə hesablamalar aparmaqdan ibarət olan təşkilatdır. Bank işi - İqtisadi subyektlərin sərbəst pul vəsaitlərinin müvəqqəti cəlb edilməsi, kreditlərin yerləşdirilməsi, hesablaşmaların aparılması, eləcə də, müxtəlif bank xidmətlərinin göstərilməsi istiqamətində bank tərəfindən aparılan bütün əməliyyatları özündə ehtiva edir. Bank işi ixtisas proqramı üzrə təhsil alan magistrantlar bank müəssisələrinin rolunu və bank əməliyyatlarının mahiyyətini, maliyyə və bank sferasında bu biliklərin əməli tətbiq edilməsi məsələlərini öyrənirlər. Onlar təhsil aldıqları müddətdə bank xidmətləri sahəsində gələcək karyerada uğur əldə etmək üçün əsas olan fundamental bilik və bacarıqları əldə edirlər.
İxtisasın gələcəyi
Bankçılıq sektoru öz mövcudluğunu daimi olaraq qoruyan, ölkənin iqtisadi inkişafı və fərdlərin rifah səviyyəsinə birbaşa olaraq təsir göstərən maliyyə sisteminin əhəmiyyətli həlqəsidir. Bu sahə üzrə iş imkanlarının geniş olmasına baxmayaraq,əmək bazarında rəqabət olduqca yüksəkdir. İxtisas sahibləri bankçılıq sektorundakı yeni trendləri(məs, rəqəmsal bankçılıq) izləyərək və bu sahə üzrə fundamental biliklərlə yanaşı, yeni istiqamətlər üzrə bilik və bacarıqlara yiyələnərək rəqabət üstünlüyü əldə edə bilərlər.
Universitet
→ “Odlar Yurdu”Universiteti