Biznesin təşkili və idarə edilməsi ( Beynəlxalq logistika və Təchizat zincirinin idarə edilməsi üzrə )

İxtisasın təsviri

  Beynəlxalq Ticarət və Logistika ixtisasının əsas məqsədi qloballaşan dünyada olan beynəlxalq bazarları, ticarəti və xüsusilə də beynəlxalq yükdaşımanı öyrənmək, bu öyrəndiklərini biznesin müxtəlif sahələrində (beynəlxalq əlaqələr, logistika departamentlərində) praktiki olaraq tətbiq etmək bacarığı olan kadrlar yetişdirməkdir. İxtisaslaşma “Logistika” ixtisası ilə çox yaxın olsa da, bu ixtisas özündə daha çox iqtisadiyyat yönlü məsələləri cəmləyir və bu cəhətdən akademik istiqamətdə də irəliləyərək karyera qurmaq mümkündür.

İxtisasın gələcəyi

  Müasir dünyamızın ən böyük trendlərindən biri beynəlxalq əlaqələr, ticarət, maliyyə kimi sahələr olacaq. Xüsusilə də Azərbaycanda qeyri-neft sektoru ilə əlaqədar gedən inkişaf ölkədə ümumi beynəlxalq ticarətin inkişaf etməsinə və bu sahə üzrə yetişən kadrlara ehtiyacın artmasına səbəb olacaqdır.

Universitet

→ Azərbaycan Dövlət İqtisad Universiteti